Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi - istefa onun qurtuluşu olar - ŞƏRH


Son günlər İranda, ondan xaricdə sosial şəbəkə və KİV-də İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın istefa verəcəyinə dair müxtəlif səpkili məlumatlar, mülahizələr yayılır.

Buna səbəb nədir? Niyə prezidentliyinin yüz günü başa çatandan sonra bu xəbərlər yayılır? İranın Suriya, Qəzza zolağı və Livandakı uğursuzluğu ilə bunun əlaqəsi var?

Hakimiyyətdaxili islahatçı xəttin nümayəndəsi Məsud Pezeşkian Prezident İbrahim Rəisi helikopter qəzasında öləndən sonra bu posta seçilib. O, prezident seçkisində rəqibi mühafizəkar xəttin təmsilçisi Səid Cəliliyə siyasi kampaniyanın ikinci turunda qalib gəlib. İslam Respublikasının prezident seçkisi tarixində ən az seçici iştirak etsə də o, 16 milyondan çox səslə 13 milyon səs toplamış rəqibini üstələyib.

Pezeşkian deputat və nazir kimi fəaliyyət göstərib. Onu hakimiyyət daxilində müxalif fikirli kimi tanıyıblar. O, İranda həqiqi İslam Respublikası qurmaq istəyənlərdən sayılıb. Başqa sözlə, 1979-cu il islam inqilabının törəməsi, Xomeyni və Xaməneini ali rəhbər, imam qəbul edən, “hizbullah”çı sayılır.

O seçkiqabağa kampaniya zamanı iqtisadiyyatın liberallaşdırlımasını vəd edib. Çünki İranda iqtisadiyyatın 85 faizi dövlətin əlində cəmləşib. Odur ki, Pezeşkian azad iqtisadiyyatı dəstəkləyəcəyinə söz verib.
Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi - istefa onun qurtuluşu olar - ŞƏRH

İcarədarlığa qarşı mübarizə onun əsas vədlərindən sayılır. Rəqabətdavamlı iqtisadiyyat, firavan həyat, aztəminatlı ailələrə yardım, əməkhaqqının artırılması, fond bazarının dəstəklənməsi, korrupsiyaya qarşı mübarizə, işsizliyin aradan qaldırılması, fars olmayanların dil və mədəniyyətinə diqqətin artırılması, hicab qaydalarının yumşaldılması bura daxildir. Eyni zamanda Qərb ölkələri ilə İranın nüvə proqramı və regional məsələlər üzrə danışıqlara açıq olduğunu, qonşular və müsəlman dövlətlərlə münasibətlərin, əlaqələrin inkişaf etidirilməsini, sosial şəbəkələrdən istifadəyə tətbiq edilən məhdudiyyətin aradan qaldırılması və başqa bu kimi məsələləri vəd etmişdi.

Ancaq o vəzifə səlahiyyətlərini icraya başlayan gündən İranda vəziyyət gərgin olub. Məsud Pezeşkianın prezident andiçməsi günü HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyə Tehranda qonaq evində öldürülüb. HƏMAS-ın Qəzza zolağında və Livanda “Hizbullah”ın mövqeləri zəifləməyə başlayıb. Suriyanın paytaxtı Dəməşqdə iranlı general öldürülmüşdü. İran İsrailə hücum etmişdi. Oktyabrda isə yəhudi dövləti İslam Respublikasına cavab zərbəsi endirib.
Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi - istefa onun qurtuluşu olar - ŞƏRH

Pezeşkian prezidentliyə qalmaqallar, hakimiyyətdaxili çəkişmələrlə başlayıb. Prezident seçkilərində rəqiblər olmuş namizədlər ona qarşı fəaliyyət göstərib. Elə buna görə, o, vəzifə səlahiyyətlərinin icrasına başlayandan sonra deyib ki, bir sıra qrup və şəxslər böhtan atmaq, qarayaxmalar yolu ilə işlərə mane olur, ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər: “Çünki bu kadrlar işə cəlb olunduqları təqdirdə o qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.

O daha sonra bildirmişdi ki, işə mane olan şəxslər vəzifə tutmaq üçün bütün mümkün yollara əl atır, problemlərin həll olunmasına əngəl törədirlər. Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların ağır vəziyyətdə yaşadıqlarını qeyd etmişdi: “Xalq bizim vədlərimizdən uzaqdır, söz vermişik, amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdırlar”.

Hələ bir neçə ay öncə verilən bu açıqlamadan da göründüyü kimi Pezeşkianın başçılıq etdiyi 14-cü hökumət vədləri yerinə yetirməkdə çətinlik çəkir.

Məsud Pezeşkian HƏMAS-a ayrılan maliyyə vəsaitinin taleyindən də xəbərsiz olduğunu vurğulamışdı.
Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi - istefa onun qurtuluşu olar - ŞƏRH

Məsud Pezeşkian

Daxili çəkişmələr artmaqdadır. Bu günlərdə İran Prezidenti deyib ki, bir sıra qrup və şəxslər böhtan atmaq, qarayaxmalar yolu ilə işlərə mane olurlar: “Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Çünki bu kadrlar işə cəlb olunduqları təqdirdə o qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.

“Günaz tv”nin yaydığı xəbər əsasən, o deyib ki, işə mane olan şəxslər vəzifələri tutmaq üçün bütün mümkün yollara əl atır, problemlərin həll olunmasına əngəl törədirlər.

Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların ağır vəziyyətdə yaşadıqlarını vurğulayıb: “Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdırlar”.

Bu günlərdə isə İran Nəzarət Şurası “Hicab və iffət” haqqında qanunun təsdiqləyib. Pezeşkian buna qarşı çıxaraq demişdi ki, bu qanunun icrası mümkün deyil, cəmiyyət bunu qəbul etməyəcək və narazılıqlara səbəb olacaq: "Bu məsələ ilə bağlı çox mübahisələrimiz olub, istiqamətdə çoxlu suallarım var". O, bu qanuna etiraz edənlərin sayının artacağını da bildirmişdi. Məsud Pezeşkian bu qanun dayandırlmasını təklif edərək, yeni qanun layihəsi təqdim edəcəklərini bildirib. Ancaq İran qanunlarına əsasən, “İffət və Hicab” Nəzarət Şurası tərəfindən təsdiqlənib və qanun şəklinə salınıb. Burada dəyişiklik altı aydan sonra mümkün olacaq.

Son günlər İranda elektrik enerjisi qıtlığı yaranan problem yenidən ölkə gündəliyinin başlıca mövzusu olub.

Məsud Pezeşkian Energetika və Neft Nazirliyinin rəhbərliyi ilə görüşdə elektrik enerjisi və təbii qaza qənaət olunmasından bəhs edib.
Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi - istefa onun qurtuluşu olar - ŞƏRH

Belə görünür ki, o, hökumət başçısı olmaqla risk edib. Bu daxildə korrupsiyaya qarşı mübarizə, əməkhaqqının artırılması, sosialyönlü proqramların icrası, konstitusiyada nəzərdə tutulan milli-mədəni hüquqların təmini, xarici siyasi kursa təsir, nüvə proqramı ilə bağlı danışıqların aparılması, beynəlxalq münasibətlər gərginliyin azaldılması, bölgədə sülhün yaranması və başqalarını riskə aid etmək olar.

Onsuz da sanksiyalar Tehranı çətin vəziyyətə salıb. Onun iqtisadiyyatı xarici, hətta daxili sərmayə üçün cəlbediciliyini itirir.

Yuxarıda sadaladığımız və bu kimi məsələlər Məsud Pezeşkianın istefasına dair məlumatların yayılmasına əsas verir.

İslam Respublikası KİV-i bu məsələnin xaricdən qaynaqlandığını iddia edib. Onların iddiasına əsasən, xarici təxribatçılar prezidentin istefası ilə bağlı şayiələr yaymaqla cəmiyyəti İranda mövcud iqtisadi və sosial problemləri həll etməyə heç bir siyasi qrupun qadir olmadığına inandırmaq istəyirlər. Onların qənaətinə əsasən, həmin qruplar İranın suverenliyinə və daxili siyasətinə etimadsızlıq yaratmaq, daxili müstəvidə böhran və təşviş yaradaraq hökumətə təzyiq göstərmək, xaos yaratmaq və ölkəni Suriyaya çevirmək istəyirlər.

İran hakimiyyətinin Qəzza zolağı, Livan və Suriyada məğlubiyyətindən diqqəti yayındırmaq məqsədi ilə diqqəti Məsud Pezeşkianın üzərinə yönəltdiyini ehtimal etmək olar. Ancaq proksi qruplarla İran hökuməti və prezident deyil, İnqilab keşikçiləri Qvardiyası (Sepah), onun Qüds qoşunu, ali baş komandan ayətullah Seyid Əli Xamənei məşğul olub. Pezeşkian müsahibərlərindən birində HƏMAS-a ayrılan maliyyə vəsaitinin taleyindən də xəbərsiz olduğunu vurğulamışdı.

Bu baxımdan Yaxın Şərqdəki siyasi-ideoloji və hərbi uğursuzluğun məsuliyyətini hökumət başçısının üzərinə ata bilməz. Belə görünür, Tehran hakimiyyəti daxilində Pezeşkiandan “günah keçisi” düzəltməyə cəhdlər var. Ancaq Məsud Pezeşkian öhdəliklərinə sadiq qalarsa, istefa verəcək. Çünki İranın mövcud vəziyyətində o, vədlərinə demək olar ki, əməl edə bilməyəcək, daha çox təzyiq, irad, şayiə və dedi-qodulara məruz qalacaq. Odur ki, bununla İran tarixinə vədinə əməl edən hökumət başçısı kimi düşə bilər. Əks halda vecsiz, yalançı, təşəbbüssüz, tapşırıqların icraçısı kimi xatırlanacaq. Odur ki, yaranmış şəraitə uyğun olaraq istefa Məsud Pezeşkian üçün qurtuluş ola bilər...(Report)

Son xəbərlər

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Üç ildən sonra bu seriala çəkilir

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031