Xəbərlər
11.10.2026, 22:38
QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO
(İllərlə həsrətini çəkdiyimiz o taydan bizə qardaş münasibəti yox, bəla gəlir.O taylı qardaşlarımız biizimlə heç bir halda həmrəy, şərik deyilsə, nəyimə gərəkdir nə vaxtsa birləşməyin həsrətini çəkmək?)
Ayrılıq ağrısı qəlbimdə yara,
Ahım bülənd oldu ağ buludlara.
Deyirdim, bu ah-zar bir gün qurtara,
Daha çəkmərəm mən Təbriz həsrətin.
Gecələr gözümə getmədi yuxu,
Deşdi ürəyimi ayrılıq oxu.
Belə bir həsrəti çəkməyib çoxu,
Daha çəkmərəm mən Təbriz həsrətin.
Mən onun dərdindən xəstə olmuşdum,
Qara bulud kimi qəmdən dolmuşdum.
Ah... necə saralıb, necə solmuşdum,
Daha çəkmərəm mən Təbriz həsrətin.
Dözmərəm vüqarı bir az əyilsə,
Haqqına girilsə, haqqı yeyilsə,
Otayı bu tayla şərik deyilsə,
Daha çəkmərəm mən Təbriz həsrətin.
Ahım bülənd oldu ağ buludlara.
Deyirdim, bu ah-zar bir gün qurtara,
Daha çəkmərəm mən Təbriz həsrətin.
Gecələr gözümə getmədi yuxu,
Deşdi ürəyimi ayrılıq oxu.
Belə bir həsrəti çəkməyib çoxu,
Daha çəkmərəm mən Təbriz həsrətin.
Mən onun dərdindən xəstə olmuşdum,
Qara bulud kimi qəmdən dolmuşdum.
Ah... necə saralıb, necə solmuşdum,
Daha çəkmərəm mən Təbriz həsrətin.
Dözmərəm vüqarı bir az əyilsə,
Haqqına girilsə, haqqı yeyilsə,
Otayı bu tayla şərik deyilsə,
Daha çəkmərəm mən Təbriz həsrətin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



