Türkiyəyə qardaş köməyi - Bakıda yardım toplama kampaniyasının altıncı günü FOTO
Türkiyədəki dəhşətli zəlzələdən zərərçəkmiş insanlar üçün Bakıda yardım toplama kampaniyası altıncı gündür davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizdə başlanılmış yardım kampaniyasına yerli şirkət və təşkilatlar, hər bir soydaşımız qoşulub. Yardımın toplandığı məntəqələrə gələn çoxsaylı vətəndaşlar türk qardaşlarına əllərindən gələn köməyi göstərməyə çalışırlar.

Yardımların qəbul edildiyi ünvanlara - Bakı İdman Sarayına və Heydər Əliyev adına İdman Kompleksinə əsasən qış paltarları, yorğan-döşək, ərzaq məhsulları, həmçinin zəlzələ bölgəsinin fasiləsiz enerji təminatı üçün stasionar generatorlar və qızdırıcı cihazlar gətirilir.

Yardım toplama məntəqələrində könüllülər, polislər, bir sözlə, qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəs gecə-gündüz var gücü ilə çalışır. Gətirilən əşya və ləvazimatlar könüllülər tərəfindən çeşidlənərək qablaşdırılır, avtomobillərə yüklənir, bundan sonra qardaş ölkəyə yola salınır. Kampaniyada yüzlərlə gənc, həmçinin sıravi vətəndaşlar könüllü kimi fəaliyyət göstərir.

Qeyd edək ki, yardım kampaniyası Türkiyənin Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.

Fevralın 6-da Türkiyədə ard-arda 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Əsrin təbii fəlakəti adlandırılan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və çoxsaylı insan itkisinə səbəb olub. Son məlumatlara görə, 29 mindən çox insan həyatını itirib. Bölgədə olan 147 min 934 nəfər təxliyə edilib.

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından xalqımız Türkiyə xalqına dəstək göstərir. Bu, qardaşlıq münasibətlərinin möhkəmliyinin, əbədiliyinin növbəti əyani təzahürüdür.

Ümumiyyətlə Türkiyəyə ilk yardım əlini uzadan ölkə Azərbaycan olub. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınıb. Hazırda zəlzələ bölgəsində FHN-in 750-yə yaxın əməkdaşı axtarış-xilasetmə və zəlzələnin fəsadlarının aradan qaldırılması işlərində çalışır.

Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən humanitar yardım göndərilməsi davam edir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıb.

Son günlər yardım kampaniyasına bölgələrimiz də qoşulub.

Bundan başqa, qardaş türk xalqına yardım məqsədilə müxtəlif könüllü təşkilatlarının üzvlərindən ibarət 100 gənc qardaş ölkəyə yola düşüb. Azərbaycan könüllüləri zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.

Son xəbərlər

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı

Görməni bərpa edən çip ilk pasiyentə implantasiya edildi

Türkmənistan Prezidenti Bakıya gəldi

Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031