Bu kitab sadəcə publisistik mətnlərin toplusu deyil; o, insan yaddaşı, düşüncə və həyat təcrübəsi ilə qurulan dərin bir dialoqdur. Müəllifin elmi-publisistik yazıları ilə yanaşı, səmimi etirafları da oxucuda müəllifin daxili dünyasına qarşı doğmalıq yaradır.

Mətnlərdə müəllifin həyat təcrübəsi, elmi idrakı və mənəvi dəyərləri bir araya gəlir. Elmi nəzəriyyələrin psixoloji qatlarına fərqli baxış bu yazıları daha maraqlı edir. Yaşantıların, biliklərin və insanların qovuşduğu bu əsəri bir növ "həyat albomu" kimi də xarakterizə etmək olar. Müəllifin bu mənəvi yanaşması oxucunu bir xeyli düşündürür, həyatın keşməkeşli yollarını ustalıqla gözlər önünə sərir.

Kitabın əsas dəyəri oxucunu öz yaddaşı ilə üz-üzə qoyaraq fundamental suallar verməsindədir:

–Niyə oxuduqlarımızın bir hissəsi zamanla yaddaşdan silinir?
–Nəyi xatırlayırıq, nəyi unuduruq?
–Oxumaq insanın dünyagörüşünü necə dəyişir?

"Sivilizasiyanı quran nitq deyil, yazıdır".
Müəllifin bu fikri kitabın fəlsəfi dayaq nöqtəsidir. Yazılan söz düşüncəni sabitləşdirir və gələcək nəsillərə ötürür. Əsər göstərir ki, ədəbiyyat oxunmadıqda dil kasadlaşır, dil zəiflədikcə isə insanın düşüncə imkanları məhdudlaşır.

“Oxumaq və unutmaq paradoksu”nda fəlsəfə gündəlik həyatla, elm insan yaddaşı ilə, ədəbiyyat isə həyat təcrübəsi ilə üzvi şəkildə birləşir. Kitabdakı mətnlər xronoloji ardıcıllıqla deyil, düşüncənin təbii axarı ilə düzülüb. Müəllifin həyat yolunda rastlaşdığı şəxsiyyətlərin taleləri də bu düşüncənin bir hissəsidir. Burada unutmaq bir itki kimi yox, yaddaşın təbii inkişaf mərhələsi kimi təqdim olunur.
Bu əsər hazır nəticələr vermək əvəzinə, oxucuya doğru sualları verməyi öyrədir. Son səhifə bağlandıqdan sonra belə, onun sualları və mənəvi yükü insanın düşüncəsində yaşamağa davam edir. İnsan oxuduğu sətirləri unuda bilsə də, həmin sətirlərin onun ruhunda yaratdığı dəyişiklikləri itirmir. Bu baxımdan, "Oxumaq və unutmaq paradoksu" yaddaş haqqında olduğu qədər, insanın özünü dərk etməsi haqqında da uğurlu bir bələdçidir.

Sənubər Səhər,
Yazar, publisist, kulturoloq,
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü,
Sabitlik və İnkişaf Mərkəzinin sədr müavini

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930