İmamverdi Əbilovun “Könül dünyamıza səyahət” i bu gün də aktualdır - FOTO
İmamverdi Əbilovun “Könül dünyamıza səyahət” i bu gün də aktualdır.

Kitabxanamı zənginləşdirən və tez-tez məni təkrar mütaliə etməyə vadar edən kitablarım çoxdur. Bu gün məni cəlb edən belə kitablardan biri də mərhum alimimiz, müəllimimiz, filiologiya elmləri doktoru İmamverdi Əbilovun “Könül dünyamıza səyahət” elmi-publisistik kitabıdır. Elmi-tənqidi əsərlərlə yanaşı gənclərə tərbiyəvi ruhda yazılmış əsərləri ilə də oxuculara tanınan İmamverdi Əbilov öz müdrik qələmini yaşıl işığa döndərib hər dövrdə gənc nəslə zamanın tələblərinə uyğun yaşam yollarını göstərir və onları “könül dünyasına səyahət”ə çıxaran kapitan rolunu oynayır. Hər kəsin könül dünyasını özünə tanıtdıran bu kitabın doğulduğu qəlbin sahibi xoşbəxtdir. Xoşbəxtdir ona görə ki, müəllifin özünü bir müəllim kimi dəfələrlə dinləmişik və dinlədikcə həyata, insana yenidən vurulmuşuq. Bu kitabı oxuduqca elə zənn edirsən ki, yenə də İmamverdi Əbilovla üz-üzə oturub onun səmimi söhbətlərini dinləyirsən. Bu söhbətlər isə bizim qəlbimizin daimi mənəvi sərvətinə çevrilir.
Şəxsiyyətin özü estetik zövqə, tərbiyəyə, mənəvi könül dünyasına malik deyilsə başqasını necə inandıra bilər? İnsanın daxili nə qədər təmiz olarsa cəmiyyətə bir o qədər xeyri dəyər, insanlar arasında nüfuzu artar.

İmamverdi Əbilovun “Könül dünyamıza səyahət” i bu gün də aktualdır - FOTO

İmamverdi müəllim danışığından tutmuş yerişinə, gülüşünə qədər başdan-ayağa estetika nümunəsi idi. Bəs estetika nə deməkdir? Mən “Könül dünyamıza səyahət” kitabını oxuyub gəldiyim qənaət daxilində bu suala cavab verə bilərəm ki, “estetika daxili gözəllik, mənəvi saflıq, əxlaqi təmizlik və bütün insani keyfiyyətlərə malik” olmaq deməkdir. Bu kitab yenə də öz aktuallığı ilə böyük əhəmiyyətə malikdir. Gənclərin həyatında müdrik məsləhətçi rolunu oynaya bilər. Müəllif məktəb yaşından tutmuş, həyatda müstəqil addım atana qədər insanın qarşısına çıxan çətinliklərdən danışırsa bunların səbəblərini xırdalıqlarına qədər açmaqla yanaşı onları aradan qaldırmaq yollarını da göstərir. Müəllif həyatı gözəlləşdirən, onu mənəvi aləmə çevirən insanı tərənnüm edərkən, “ehtiraslı istedadın” vəhdətindən yaranmış sənət əsərlərindən söhbət açarkən, əməyin insana bağışladığı zahiri və daxili sağlamlıqdan danışarkən, nemətlər bolluğu yaradan torpağın köksündə rəssam təbiətin yaratdığı əsrarəngiz gözəllik axtarışlarından aldığı nəticədən – “Gözəllik – həyatdır” fəlsəfi hökmünü verir və oxucunu həyatın doğurdan da gözəllikdən yarandığına inandırır.
Müəllif “Soyuq dostların vəfasından” – kitablardan danışarkən kitabın insan aləmində nə qədər qiymətli olduğunu dəlillərlə, sübutlarla göstərir. İnsanı vəcdə gətirib özü isə soyuq-soyuq baxan kitablar olmasaydı dünya boş və mənasız olardı. Kitab insanı keçmişlə bağlayan ən əlverişli vasitədir. Keçmişi öyrənmədən isə irəli getmək mümkün deyil. İmamverdi Əbilov bu baxımdan çox doğru demişdir: “İnsan ona görə keçmişlə yaşayır ki, maariflənsin, bu günlə yaşayır ki, zövq alsın, gələcəklə yaşayır ki, gələcəyi həm özü üçün, həm də yaxın adamları üçün daha gözəl, daha ləyaqətli etsin.”
Ailə münasibətlərindən söhbət açarkən müəllif müxtəlif hadisələri şirin nağılçı dili ilə danışır, fikirlərini olmuş hadisələrlə əsaslandırır. Bəzən bir xoşbəxt ailədən söhbət açanda onun sevincini duyub biz də sevinirik. Bəzən isə dağılmış və ya dağılmaqda olan ailələrdən danışarkən onun keçirdiyi iztirabları, ürək ağrılarını özümüzdə hiss edirik. Bunları oxuduqca isə “özülü eşq, namus olan ailələr” heç vaxt dağılmaz! qənaətinə gəlirik. Bu qənaəti bizə verən müəllifin ağıllı, müdrük mülahizələri və özünün çıxartdığı tərbiyəvi nəticədir: - “İradə sədaqətə, səlahiyyət səmimiyyətə, eşq namusa xidmət edəndə gözəldir, mənalıdır!”
Vətəni, Vətənin qəhrəmanlarını bizə bir müəllim, qayğıkeş ata kimi sevdirən, bu gündan sabaha qanadlandıran, qəlbimizi arzuların varlığı ilə vəcdə gətirən bu kitab gənc oxuculara ən böyük hədiyyədir. Gözəl, həyati, rəngarəng mövzularla əhatə olunmuş bu kitabı oxuduqca mənən saflaşır, büllurlaşırsan. Nikbin ruhlu, iti qələmli, hər cür anlaşılmazlığa, antipodluğa, eqoizmə qarşı barışmaz olan İmamverdi Əbilov öz saf könül dünyasından oxucuların könül dünyasına səyahətə çıxaraq öz qayğıkeş, səmimi, lakin qəti sözlərini ürəklərin sərvətinə çevirməkdə ən böyük insani bir iş görmüşdür. Kitabı oxuduqca onun yüksək ensiklopedik biliyə, məlumata malik olduğu aşkar görünür.
Öz aktuallığını bu gün də saxlayan bu kitabın yenidən çap olunması və gənc nəslə çatdırılması vacibdir. Böyük alimimizə, müəllimimizə Allah rəhmət eləsin, ruhu şad olsun.
Hörmətlə: Müzəffər Məzahim

Son xəbərlər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

ŞƏHİDLƏRİMİZ QÜRURLA ANILDI - FOTOLAR

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Türkiyə millisi Fransaya uduzdu

İKİ GƏNC ÖMÜR VƏ İKİ AİLƏ SEVİNCİ

ÖMRÜN ARXASINCA QALAN İŞIQ…

Fidan Əraqçi ilə görüşdü

"Münasibətlər sıfır səviyyəsindədir" - Putin

10 dəqiqəyə boşandılar? - Soyadını sildi

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930