İyun ayının 27-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi.

Turaztv.az xəbər verirTədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, AYB və AJB- nin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, məclisdə ilk dəfə iştirak edən tanınmış şair, fəlsəfə elmləri doktoru Arzu Kazımqızı Nehrəmlinin ayağının sayalı olmasını və hər zaman bu yığıncaqda iştirak eləməsini arzuladı. Tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu məclis rəhbəri Lilpar Cəmşidqızı iştirakçıların bir daha nəzərinə çatdırdı. Yığıncaqda ilk olaraq söz elə Arzu xanıma verildi. Tanınmış şair yığıncaqda Aşıq Ələsgərin yaradıcılığından danışdı və Dədə Ələsgərin adını daşıyan otaqda belə bir məclisin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd elədi və şeirlərindən bir neçəsini səsləndirdi. Arzu xanımın çıxışından sonra söz "Sarı Aşıq" Ədəbi Məclisinin sədri, tanınmış şair, təcnis ustası, AYB- nin üzvü Adil Cəfakeşə verildi. O da məclisə xeyir- duasını verəndən sonra şeirlərindən səsləndirdi. Məclis rəhbəri qeyd elədi ki, bu yaxınlarda iki "Divan" müəllifi Hüseyn Sözlünün 80 illik yubileyi qeyd olunub. Şairi bir daha təbrik eləyib, sözü ona verdi. Hüseyn Sözlü yeni yazdığı qəzəllərindən bir neçəsini səsləndirdi. Bir gün əvvəl 70 yaşı tamam olan, AYB- nin üzvü, tanınmış şair Vahid Çəmənliyə söz verildi. Şair kövrək duyğularla yazdığı şeirlərindən bir neçəsini səsləndirdi. Sonra ardıcıl olaraq şairlərə bir- bir söz verildi və sözü Xəzər bölməsinin üzvü, tanınmış ustad şair- qəzəlxan Əşrəf Pirşağılıya verdi. Tanınmış şair həvəslə qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra AYB- nin üzvü, şair İldırım Əlişoğlu Qehramanova söz verildi. Hörmətli şair tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra söz şair, AYB-nin üzvü Əliyar Mərdiyevə verildi. O da ədəbiyyatımızda olan nöqsanlardan, sözün mədəni inkişafımızda əhəmiyyətindən danışdı, şeirlərindən səsləndirdi və sonra söz 2-ci Qarabağ müharibəsinin qazisi, şair Eyvazov Qafqaza verildi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Lilpar xanım növbəti məclisin tanınmış şair, AYB- nin üzvü Vahid Çəmənlinin 70 illik yubileyinə və yeni çapdan çıxmış "Sənsiz keçən ömür" adlı kitabın təqdimatına həsr olunacağını qeyd elədi. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.





Son xəbərlər

“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı

Puqaçova son altı ayda 2 dəfə ürək əməliyyatı olub

İyun ayının 27-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı keçirildi - FOTO

Türkiyə Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı NATO-dan güclü iradə gözləyir

"Türk Dünyası Həftəsi": ortaq tarixdən ortaq gələcəyə - ŞƏRH

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib

Kredit almaq istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar TƏSDİQLƏNDİ

Sürücü hazırlığına investisiya niyə vacibdir?

İran XİN iyunun 30-da Dohada ABŞ ilə məsləhətləşmələrə dair məlumatı təkzib edib

HAMININ SƏMİMİ DOSTU. HƏMKARIMIZ FAİQ QİSMƏTOĞLUNUN 70 İLLİK YUBİLEYİNƏ - FOTO

Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir

İyunun son günündə 33 dərəcə isti gözlənilir

Ayda bir dəfə enerji içkisi içmək belə yuxunu poza bilər

Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir?

Pərviz Şahbazova ağır itki

İyunun son günü hava necə olacaq?

Maykl Cekson haqqında filmdən rekord

QIZBƏS QƏBƏLƏ : UŞAQLAŞIRAM - FOTO

TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər

Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək

Prezident: Birinci Türkoloji Qurultayda səslənən başlıca fikirlərin süni maneələrlə qarşısı alınıb

Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb

Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bakıda 7 istiqamətdə tıxac müşahidə olunur

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən aylar çəkə bilər

ABŞ və İran mühüm razılığa gəldi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930