Turaztv.az » Xəbərlər » Serialdakı gəlinlik düşərli oldu - Evlənəcək
Xəbərlər

Serialdakı gəlinlik düşərli oldu - Evlənəcək

01.07.2026, 09:39 100
Türkiyənin məşhur “Teşkilat” serialında “Bahar” obrazını canlandıran aktrisa Buçe Buse Kahraman üç illik sevgilisi Kaan Akyıldızdan evlilik təklifi alıb.

“Qafqazinfo” xəbər verir ki, cütlük hazırda ABŞ-də istirahətdədir.

Aktrisa sevgilisinin oradakı təklifinə müsbət cavab verib.

O, həmin anlardan fotoları sosial media hesabında paylaşaraq “Artıq ən sevdiyim nağıl “Kiçik su pərisi” deyil”- sözlərini yazıb.

Maraqlıdır ki, aktrisa sözügedən serialın sezon finalında da gəlinlik geyinmişdi.

Qeyd edək ki, Buse Kahraman daha öncə “Yalı Çapkını” serialında “Pelin” obrazını canlandırırdı.




Oxşar xəbərlər