
Xəbərlər
2.07.2026, 12:05
Qəzənfər Məsimoğlu : NOLA BU CIĞIR GƏTİRƏ - FOTO
Eşqi boyu səkdiyimi,
Varlığımda əkdiyimi,
Həsrətini çəkdiyimi
Nola bu cığır gətirə.
Küsüb, susub, ötməyəni,
Vüsalına yetməyəni,
Xəyalımdan getməyəni
Nola bu cığır gətirə.
Səmalardan enib, görəm,
Ümidimə dönüb, görəm,
Sevgimizə sinib, görəm,
Nola bu cığır gətirə.
Gözəllikdə yaxın aya,
İntizarı oxunmaya.
Ayağına toxunmaya,
Nola bu cığır gətirə.
Buludlardan çətir verə,
Qəzənfərə xətir verə.
Gül-çiçəkdən ətir verə,
Nola bu cığır gətirə.
Şəkilə görə gözəl insan Muxtar Kərimzadəyə təşəkkürlər...
Varlığımda əkdiyimi,
Həsrətini çəkdiyimi
Nola bu cığır gətirə.
Küsüb, susub, ötməyəni,
Vüsalına yetməyəni,
Xəyalımdan getməyəni
Nola bu cığır gətirə.
Səmalardan enib, görəm,
Ümidimə dönüb, görəm,
Sevgimizə sinib, görəm,
Nola bu cığır gətirə.
Gözəllikdə yaxın aya,
İntizarı oxunmaya.
Ayağına toxunmaya,
Nola bu cığır gətirə.
Buludlardan çətir verə,
Qəzənfərə xətir verə.
Gül-çiçəkdən ətir verə,
Nola bu cığır gətirə.
Şəkilə görə gözəl insan Muxtar Kərimzadəyə təşəkkürlər...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












