"Cığır" İB "Heydər Əliyev və mənəvi dəyərlərimiz" devizi altında xeyriyyə satış-sərgisi keçirib - FOTOLAR
"Cığır" İB "Heydər Əliyev və mənəvi dəyərlərimiz" devizi altında xeyriyyə satış-sərgisi keçirib.


Ölkə Prezidentinin 2023-cü ili “Heydər Əliyev ili” elan etməsilə bağlı ölkədə və ölkə xaricində bir sıra mühüm, dövlət əhəmiyyətli layihələrin təşkili və həyata keçirilməsi vətəndaşların qəlbində böyük sevinc və riqqətə səbəb olur, böyük ovqat yaradaraq milli dövlətçiliyimizə bağlılıq hisslərini gücləndirir. “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi olaraq biz də bu tədbirlər silsiləsinə öz töhfəmizi bəxş etmək və Heydər Əliyev ili çərçivəsində ümummilli liderimizin hər zaman vurğu vurduğu mənəvi dəyərlərin təbliği istiqamətində Bakı sakinləri arasında sosial əhəmiyyətli layihə həyata keçirdik. Birliyin fəaliyyət göstərdiyi ünvanın önündə sosial bazar – xeyriyyə satışı təşkil edildi. Artıq aylardır hər həftəsonu Bakının müxtəlif bölgələrində, qəsəbələrində təşkil edilən, fərqli insanları eyni məkanda vahid amal – sosial dəyər ətrafında birləşdirərək, açıq havada xeyriyyə satışı həyata keçirərək insanlara xeyriyyəçilik ənənələrinin, mərhəmət, yardımlaşma kimi dəyərlərin təbliği istiqamətində işlər görülür. “Heydər Əliyev və mənəvi dəyərlərimiz” devizi ilə təşkil edilən sosial bazarda cəmiyyətin həssas qrup təbəqələri- tənha analar özlərinin və digər ata himayəsindən məhrum övladların təhsilinə dəstək olmaq üçün bir araya yığılır, milli mətbəximizin əvəzolunmaz təamı, növbənöv qutablardan bişirərək əhali arasında satışını təşkil edirlər. Əhali arasında böyük maraq və sevgi ilə qarşılanan sosial bazar layihəsinin iştirakçıları həm dadlı qutablardan nuş edərək ata himayəsindən məhrum, bölgələrdə yaşayan abituriyentlərin təhsil xərclərinə dəstək vermiş olur, həm də mənəvi dəyərlərimizin təbliği istiqamətində könüllülərimiz tərəfindən maariflənir və bilavasitə layihənin iştirakçısı olurlar. Qeyd edək ki, xeyriyyə sərgisində əlavə olaraq ikinci əl kitablar, əl işləri, dibçək gülləri və ev şirniyyatlarının satışı da keçirildi.
Sosial bazarda çoxsaylı könüllülərin, müəllim, həkim heyəti, tələbələrin, iş adamlarının, yazıçıların və digər sənət sahələrinin nümayəndələrinin könüllülərlə yaxından ünsiyyəti və bu layihədə paylarının olması qəlbimizdə qürur yaradır.

"Cığır" İB "Heydər Əliyev və mənəvi dəyərlərimiz" devizi altında xeyriyyə satış-sərgisi keçirib - FOTOLAR
"Cığır" İB "Heydər Əliyev və mənəvi dəyərlərimiz" devizi altında xeyriyyə satış-sərgisi keçirib - FOTOLAR
"Cığır" İB "Heydər Əliyev və mənəvi dəyərlərimiz" devizi altında xeyriyyə satış-sərgisi keçirib - FOTOLAR
"Cığır" İB "Heydər Əliyev və mənəvi dəyərlərimiz" devizi altında xeyriyyə satış-sərgisi keçirib - FOTOLAR
"Cığır" İB "Heydər Əliyev və mənəvi dəyərlərimiz" devizi altında xeyriyyə satış-sərgisi keçirib - FOTOLAR
"Cığır" İB "Heydər Əliyev və mənəvi dəyərlərimiz" devizi altında xeyriyyə satış-sərgisi keçirib - FOTOLAR

Təqdim etdi:Turaztv.az

Son xəbərlər

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31