Turaztv.az » Xəbərlər » ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR
Xəbərlər

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

29.08.2026, 23:36 2

Adil Abış oğlu Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyətində abadlıq, quruculuq, yenidənqurma və vətəndaş məmnuniyyəti əsas istiqamətlərdən biri kimi diqqət çəkir.

Suraxanının qəsəbələrində küçə və yolların asfaltlaşdırılması, məhəllələrin abadlaşdırılması, səkilərin yenilənməsi, işıqlandırmanın yaxşılaşdırılması, parkların əsaslı təmiri, yaşıllıq sahələrinin salınması və ətraf mühitin təmizliyinə diqqətin artırılması istiqamətində genişmiqyaslı işlər görülür. Yeni Suraxanıda 1500 metrlik 14 İyul küçəsində kompleks yenidənqurma aparılır, istirahət parkında isə səkilər, asfalt örtüyü, uşaq və idman zonaları, işıqlandırma və yaşıllıq sahələri yenilənir.
Hövsan, Qaraçuxur, Bülbülə, Əmircan, Zığ və digər qəsəbələrdə də yollar, işıqlandırma, su-kanalizasiya və abadlıqla bağlı məsələlər diqqətdə saxlanılır.
Ən önəmlisi isə odur ki, Adil Əliyev kabinetdə oturmaqla kifayətlənməyərək sakinlərlə görüşür, onların problemlərini dinləyir və aidiyyəti qurumlara konkret tapşırıqlar verir.
Görülən hər bir abadlıq işi, yenilənən hər küçə, işıqlanan hər məhəllə və sakinlərin üzündə yaranan hər təbəssüm — xalqa xidmətin ən gözəl göstəricisidir.
Adil Əliyevə bu məsuliyyətli fəaliyyətində möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzulayırıq. Suraxanının daha gözəl, daha abad və daha rahat sabahları naminə görülən hər bir iş yüksək qiymətə layiqdir


Eşqin Əliyev

Oxşar xəbərlər