Xəbərlər
29.08.2026, 23:47
Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR
Beyləqan rayonunun İkinci Şahsevən kənd sakini, III qrup Vətən Müharibəsi əlili Qorxmaz Teymurovun anası vəfat edib.
Bununla əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti şəxslər mərhumun ailəsini ziyarət edərək dərin hüznlə başsağlığı veriblər.
Ziyarət zamanı mərhumun ailə üzvlərinə və yaxınlarına səbir dilənilib, onların kədəri bölüşülüb. Beyləqan RİH başçısı Əziz Əzizov bildirib ki, Vətən müharibəsində sağlamlığını itirmiş qəhrəman övladlarımızın və onların ailə üzvlərinin qayğıları hər zaman diqqət mərkəzində saxlanılır. O qeyd edib ki, şəhid ailələrinə, müharibə iştirakçılarına və Vətən müharibəsi əlillərinə göstərilən dövlət qayğısı bundan sonra da davam etdiriləcək.
Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.






Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







