Xəbərlər
30.08.2026, 13:07
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
Bitki çayları həqiqətən də, insanın rahatlanmasına və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Bu fikri məşhur qastroenteroloq Yevgeni Belousov bildirib. O qeyd edib ki, yuxunu yaxşılaşdırmaq üçün istifadə olunan ən təsirli vasitələr valerian, melissa və lavandadir.
"Müəyyən növ çaylar və bitki mənşəli dəmləmələr var ki, onlar insanın rahatlanmasına və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilir. Bu bitkilər sinir sistemini rahatlatmaqla yanaşı, həyəcanı azaldır və narahatlıq hissi keçirən adama müsbət təsir edir. Otlar əslində dərhal sakitləşdirici təsir göstərmirlər. Onların əsas məqsədi sinir sistemini sakitləşdirmək, onu xarici stimullara daha az həssas etmək və rahatlıq hissini bərpa etməkdir. Onların yumşaq şəkildə təsir edir və tədricən öz effektini göstərirlər. Yuxu gətirən ən təsirli vasitələr isə valerian, melissa və lavandadır", - mütəxəssis deyib.
Həkimin sözlərinə görə, valerian yuxusuzluqla mübarizədə ən məşhur otlardan biri sayılır. O, yuxuya getmək üçün lazım olan vaxtı azaltmağa və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Bu bitki həmçinin sinirlənən insanları sakitləşdirir, depressiyanı aradan qaldırır, narahatlıq hissini azaldır, baş ağrılarına kömək edir və ümumilikdə orqanizmin sinir sistemini normallaşdırır.
"Melissa da özündə stressi azaltmağa kömək edən antioksidantlar ehtiva edir. Bu bitkidən çay hazırlanan zaman stəkana 3-4 yarpaq qoyulur və o qaynar olmayan suda 15 dəqiqə dəmlənir. Sonra yatmazdan 1 saat əvvəl bu çayı qurtumla içmək lazımdır. Lavanda isə güclü sakitləşdirici təsirə malikdir. O, çiçəklərindəki efir yağı sayəsində yuxunu yaxşılaşdırır və emosional stressi aradan qaldırır. Bundan başqa, lavanda qan təzyiqini normallaşdırır və yuxunu bir növ təşviq edir. Həmçinin bu çay ümumi rahatlatıcı təsirə malikdir. Çobanyastığı, nanə, ehtiras çiçəyi, passiflora, kəklikotu, qoza, dazıotu da daha tez yuxuya getməyə kömək edə bilər",- həkim deyib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay