
Xəbərlər / Nesr
25.02.2022, 21:15
XOCALIM - Cəmil ZƏBHULLAOĞLU
XOCALIM
Min yağı düşmən verdi əl ələ
Çəkdilər üstünə hücum Xocalım.
Biçib,doğradılar tökdülər yerə,
Arzusu gözündə qalan Xocalım.
Leysan tək üstünə mərmi tökdülər,
Harayı köməkdən uzaq Xocalım.
Qanından torpaqda lalə əkdilər,
Ümidlər içində qalan Xocalım.
Düşmən gülləsindən öldü cavanlar,
Analar,bacılar,körpə uşaqlar.
Bələndi qanına bütün qocalar,
Alovlar içində yanan Xocalım.
Od vurdu erməni gözəl yurduma,
Bələndi övladlar,ərənlər oda.
Bəs niyə bu dünya susdu fəryada?
Fəryadı tənhalı olan Xocalım.
Ölənlər öldülər,əsirlər hanı?
Əsiri öləndən başı bəlalı.
Sən dilə gətirmə artıq Xatını,
Talehi Xatından betər Xocalım.
Orda səkkiz ailə məhv oldu getdi,
Yüz əlli ailənin həyatı bitdi.
Çoxunun həyatı yad eldə itdi,
Talehi dillərdə qalan Xocalım.
“Hay”lardan alınsın ana torpağım,
Göz yaşı içindən çıxsın Xocalım.
Qayıtsın yurduna bacım,qardaşım,
Düşmənə göz dağı olsun Xocalım.
Cəmil Zəbhulla oğlu
Min yağı düşmən verdi əl ələ
Çəkdilər üstünə hücum Xocalım.
Biçib,doğradılar tökdülər yerə,
Arzusu gözündə qalan Xocalım.
Leysan tək üstünə mərmi tökdülər,
Harayı köməkdən uzaq Xocalım.
Qanından torpaqda lalə əkdilər,
Ümidlər içində qalan Xocalım.
Düşmən gülləsindən öldü cavanlar,
Analar,bacılar,körpə uşaqlar.
Bələndi qanına bütün qocalar,
Alovlar içində yanan Xocalım.
Od vurdu erməni gözəl yurduma,
Bələndi övladlar,ərənlər oda.
Bəs niyə bu dünya susdu fəryada?
Fəryadı tənhalı olan Xocalım.
Ölənlər öldülər,əsirlər hanı?
Əsiri öləndən başı bəlalı.
Sən dilə gətirmə artıq Xatını,
Talehi Xatından betər Xocalım.
Orda səkkiz ailə məhv oldu getdi,
Yüz əlli ailənin həyatı bitdi.
Çoxunun həyatı yad eldə itdi,
Talehi dillərdə qalan Xocalım.
“Hay”lardan alınsın ana torpağım,
Göz yaşı içindən çıxsın Xocalım.
Qayıtsın yurduna bacım,qardaşım,
Düşmənə göz dağı olsun Xocalım.
Cəmil Zəbhulla oğlu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay