Turaztv.az » Xəbərlər » Zelenski təktərəfli atəşkəs elan etdi
Xəbərlər

Zelenski təktərəfli atəşkəs elan etdi

05.05.2026, 01:07 152
“Rusiyada sosial şəbəkələrdə yayılan döyüş əməliyyatlarının dayandırılması ilə bağlı iddialara baxmayaraq, Ukraynaya bu barədə heç bir rəsmi müraciət daxil olmayıb”.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında məlumat yayıb.

O bildirib ki, insan həyatı hər hansı ildönümünün qeyd olunmasından daha qiymətlidir:


“Buna görə də, Ukrayna mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edir”.

Zelenskinin sözlərinə görə, həmin vaxta qədər atəşkəsin təmin olunması realdır və Ukrayna bu məsələdə qarşı tərəfə “güzgü prinsipi” ilə cavab verəcək:

“Əgər Rusiya Müdafiə Nazirliyi Moskva paradını Ukraynanın razılığı olmadan keçirə bilməyəcəyini düşünürsə, bu halda Rusiya rəhbərliyi müharibəni bitirmək üçün real addımlar atmalıdır”.

Oxşar xəbərlər