Şeirlər - Cəfərov Abdulla
Xocalı

Unutmaram Xocalım
Təklənmişəm, bəs mən necə bənd aşım?
Necə ildir qurumayır göz yaşım,
Qan ağlayır, çöl-çəmənim, dağ-daşım,
Unutmadım, unutmaram Xocalım.
Gündüzlərim gecə kimi, qaranlıq,
Vətənimə gedən yollar toranlıq,
Bax beləcə ötüb gedir cavanlıq,
Rəvadırmı bu dərdlərlə qocalım.
Köpəyini dünya tutur tay mənə,
Haqq əyilib yenə vermir hay mənə,
Kömək etməz ulduz, Günəş, Ay mənə,
El-obama arxalanım ucalım.
Tək əqidəm, tək amalım, tək sözüm,
Son addımı gərək atam mən özüm,
Qisas günü yaxındadır, var çözüm,
Vətənimdən, Bayrağımdan güc alım.
Köməyim ol, göz yaşımı sil yenə,
Söyləyirəm son arzumu mən Sənə,
Uca Tanrı öz gücündən ver mənə,
Qaniçəndən, yaramazdan öc alım.

Şeirlər - Cəfərov Abdulla

Yaşayacaq Bayrağım

İllər ötür saçlarıma düşür dən,
Qisas qalmaz qiyamətə inan sən,
Tanrım güc ver düşmənimi qovum mən,
Şuşa, Laçın, Kəlbəcərdir oylağım.

Həm Xocavənd, həm Ağdərə ağlayır,
Xan Arazım çoşub-daşır, cağlayır,
Zəngilanda çinar qara bağlayır,
Sənəmdə var Xocalıtək bir dağım.

Xankəndini, Ağdamımı görərəm,
Füzuliyə, Cəbrayıla, dönərəm,
Qubadlıda dövranımı sürərəm,
Yenə keçər o yerlərdə xoş çağım.

İrəvan, Zəngəzur, Göycə elimdir,
Yurd-yuvama yetişməyən əlimdir.
Danışdığım mənim doğma dilimdir,
Təbriz, Dərbənd olacaqdır dayağım.

Azərbaycan, ürəyim Sən, gözüm Sən,
Dil açanda ilk kəlməm Sən, sözüm Sən,
Dünyadakı tək arxam Sən, gücüm Sən,
Ucaladıqca- ucalacaq Bayrağım,
Sonsuzadək yaşayacaq Bayrağım.

Şeirlər - Cəfərov Abdulla

Yurdum oy

Qürbətdədir yurdum, yuvam, ellərim,
Qara gəlir günüm, ayım, illərim.
Solub gedib, bağ-bağçamda güllərim,
Buralarda yas məclisi qurdum oy,
Qayaları qan ağlayan, yurdum oy.

Zirvələri duman alıb, çən alıb,
Bu ayrılıq gözlərimə nəm salıb,
Neçə ildir ürəyimdə qəm qalıb,
Öz əlimlə öz boynumu vurdum oy,
Qayaları qan ağlayan, yurdum oy.

Uzaqları toran görür gözlərim,
Cığırından silinibdir izlərim.
Sənə çatmır bu fəryadım, sözlərim,
Düz qəddimi sağa-sola burdum oy,
Qayaları qan ağlayan, yurdum oy.

Çəməninə, bulağına həsrətəm,
Palıdına, qovağına həsrətəm,
Divardakı suvağına həsrətəm,
Zəhmət çəkib əllərimi yordum oy,
Qayaları qan ağlayan, yurdum oy.

Ayılmıram, hələ yenə dəməm mən,
Laməkanam, yurd sarıdan kəməm mən.
Bölünsəm də para-para cəməm mən,
Soy-kökümü keçmişlərə sordum oy,
Qayaları qan ağlayan, yurdum oy.

Ümidim var bir gün sənə gələrəm,
Zəfər çalıb göz yaşımı silərəm.
Ağlatmaram qiymətini bilərəm,
Səbrim daşdı mən ayağa durdum oy!
Qayaları qan ağlayan, yurdum oy.
Səbrim daşdı mən ayağa durdum oy!
Qayaları qan ağlayan, yurdum oy.

Şeirlər - Cəfərov Abdulla

Dinən deyiləm

Əli yetən vurdu, vermədi imkan,
Ayrıldım yurdumdan oldum laməkan,
Dünya gözləməsin ədəbi-ərkan,
Yolum haqq yoludur, dönən deyiləm.

Qarabağ uğrunda öldürüb, ölləm,
Qədim Zəngəzurdur növbəti pilləm,
İnan sərt olacaq sonuncu şilləm,
Bu gün qüdrətliyəm, dünən deyiləm.

Əyilib çökmərəm, möhtəşəm dağam,
Ölmədim, ölmərəm hələ mən sağam,
Ulduzlu, üçrəngli ulu bayrağam,
Ucaldım, bir daha, enən deyiləm.

Qana-qan qanunu qüvvəyə minsin,
Tapdaq altda qalan torpaq sevinsin,
Söz bitib, tükənib silahlar dinsin,
Od tutub alışdım, sönən deyiləm.

Düşmənin belini qırıb, əyən gün,
Şuşam, İrəvanım gəl-gəl deyən gün,
Üzümə dağların mehi dəyən gün,
Yazmaram, susaram dinən deyiləm.

Kəndimizə gedən yol

Neçə ildi sənsizəm,
İnan çox çarəsizəm,
Elə mən də mənsizəm,
Məni məndən edən yol.

Kimsə dərdimi bilmir,
Gözümdən yaşı silmir,
Bu yollar sənə gəlmir,
Axı niyə, nədən, yol?

Kövrək qəlbimi közlə,
Deyə bilmirəm sözlə,
Dayan bir az da gözlə,
Ay gözümdən itən yol.

Küsüb incimə məndən,
Ot basmayıb o gündən,
Yad necə keçir səndən?
Hər gün məni güdən yol.

Araz çoşub çağlamır,
Bulağım qan ağlamır,
Çinar qara bağlamır,
Üz-gözünü didən yol.

Bilirsən həfəsimi,
Duyursan nəfəsimi,
Dinlə ayaq səsimi,
İstəkləri bitən yol.

Qartal tək süzəm gərək,
Düşməni əzəm gərək,
Üstündə gəzəm gərək,
Yürümək öyrədən yol.

Zəfər çalar ədalət,
Bir gün bitər bu həsrət,
Qovuşarıq biz əlbət,
Kəndimizə gedən yol.
Nüvədiyə gedən yol...

Son xəbərlər

Nazir özünə yeni müşavir təyin etdi - Foto

Finlandiyalı bloqer estetik əməliyyatdan sonra görmə qabiliyyətini itirdi

Azərbaycan BMT-nin mühüm konvensiyasına qoşuldu - Foto

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Solmaz Şirin : CAVANLIQ - FOTO

XƏLİL MİRZƏ : Bu səfar dərdinəm - FOTO

Türkiyə Kubokunda bütün yarımfinalçılar məlum olub

Pentaqondan Hörmüz açıqlaması - “6 ay bağlı qalması mümkün deyil”

“Xalxın uşaqları”ndan tövsiyələr - Fotolar

“Bunun üçün ABŞ-dən “yaşıl işıq” gözləyirik”

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

Həkim olmaq böyük məsuliyyətdir - FOTOLAR

Ədviyyatların boyatladığını göstərən 4 işarə

“Ad günümü səhnədə qeyd edəcəyəm” - 60 yaşlı Məleykə

Ölkədə yeni dələduzluq forması peyda OLUB - Vətəndaşın adına onlayn kredit götürüldü

“Avroviziya” təmsilçimiz yeni obrazda - FOTOLAR

Türkiyəli məşhur aparıcıda xərçəng aşkarlandı - FOTO

Bakı bulvarında yeni nəfəs - Caz və Şərab Festivalı başlayır+Fotolar

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib

Bakıda və bölgələrdə külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

ARDNF I rübdə 22 ton qızıl satıb

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri - FOTOLAR

"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

Milyonlarla ukraynalı səfərbərlikdən yayınır - Budanov

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm

Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930