Haray çəksəm qayalarda səslənər adımVətən hardan başlanar
İnsanın həyatında hadisələr acısı ilə, şirini ilə hər biri bir xatirəyə dönüb yaddaşına həkk olur. Bu xatirələr ömrün mənası, ömrə rövnəq verən xatırlamalar sayılar. Uşaqlıq xatırlamaları şirin bir nağıl kimi yazılır yaddaşa, axı körpəykən o xatirələrdə dərin məna axtarılmır, acısı da olsa sadəcə nağıla bənzədilir, bir adi hal kimi qarşılanır. Bu isə uşaqlıq dərrakəsindən irəli gəlir. Ancaq insan özünü dərk edən sonra yaşadığı həyatda qarşılaşdığı hər hadisə nağıllıq missiyasından çıxaraq gerçək həyatın özünə çevrilir, ömür boyu həyatını "izləmədə" qalır. Çünki insan yaşlandıqca həyatı bir fəlsəfə sanır və məntiqlə düşünür.
İnsan ömründə torpaq, Vətən, Ana kəlmələri dünyasını dəyişənə kimi onun həyat yolunun davamında bir avanqard rolunu ifadə edir. Torpaq Vətəndir, Vətən isə Anadır. Hər üç kəlam insan ömrünün var olması, təzahürüdür. Torpaq vətənləşərkən qiymətli olur. Onu vətənləşdirən isə onu sevərək yaşayan və uğrunda canını fəda edən ana övladlarıdır. Vətən insanın yaşadığı məkandan başlanır. Çünki bu məkanda dünyaya göz açan, havasını udan, suyunu içən, torpağının yetişdirdiyi naz-nemətlə böyüyən insan həm onu, həm də ona həyat verən, onu böyüdən ana-atanın sayəsində isti bir ocağı, qan bağı olan insanları doğmaları ilə birgə evdə yaşayır. Bu ev elə Vətən deməkdir. Bu ocaq, bu ev ona müqəddəs sayılar və bu müqəddəslik üçün insan ona ən şirin nemət olan canını belə qurban verər. Bax, bu zaman yaşadığı torpaq qiymətlənər, hörmətlənər, ona olan sevgi sonsuz olar - torpaq isə vətənləşər.

Qəlb acısı

Qarabağ Azərbaycanın dilbər guşəsi sayılmış, o torpaqlar əsrarəngiz gözəlliyi ilə dünyanın əksər yerlərində tanınmışdır. Torpaqlarının yeraltı və yerüstü hərtərəfli zəngin olması bəzi dövlətlərin maraq dairəsində olmuşdur. Məhz buna görə də həmişə başı "bəlalar" çəkmiş, uğrunda daha çox qanlar tökülmüş, vətən kimi də vətənləşərək igidlər Vətəni kimi tanınmışdır. Bu torpaqlar uğrunda mübarizə yalnız orada məskunlaşan insanları deyil, ümumilikdə bütünlüklə Azərbaycan xalqının yaşadığı məkanlardan asılı olmayaraq hər bir övladını bir amal uğrunda birləşdirmişdir. Xalqın sevinci də bir olmuşdur, acısı da. Şuşa dağlar qoynunda yerləşən Azərbaycanın gözəl məkanlarından biridir. Ramella xanım da bu gözəlliklər diyarının vətəndaşı olmuş və onu həmişə sevən bir insan kimi yaşamışdır. Uşaqlığı, yeniyetməlik çağları məhz Şuşada keçmiş, o yurdun dağ havası, gözəllikləri qəlbinə hopmuşdur. Onun Şuşadan ayrılığı qəlbini daha çox ağrıtmış, həsrətli keşən 30 ilə yaxın bir dövr 30 əsrə bərabər olmuşdur. Həsrət yaddaşının ən qəmli nəğməsi, ən acı rəsm əsəri, sözlərinin hüznü, baxışlarının dərinliyində gizlənən mükəddərliyi olmuşdur. Axı insan həyatı dərk edən, gənclyinə addım atdığı bir dövrdə vətəndə "vətənsizləşməyin", lüğətimizə, hətta dialektimizə belə yaraşmayan "qaçqın, köçkün" titullarının mənəvi ağırlığı altında yaşamağın acısını daha dərindən, daha məntiqli dərk edir. Bu isə insan ömrünü həsrət libaslı, arzularını isə "qandallı" edir. Əlbəttə mənəvi baxımdan. Real həyata davam etsə də, mənəvi baxımdan sevinc hissləri sanki "blokadaya" alınır. Axı Ramella xanım ailəsi Şuşanı tərk edərkən 18 yaşında idi...

Həyat xronikası

Ramella Quliyeva 1974-cu ildə Şuşa rayonu İmamqulular kəndində iyulun 10-da anadan olmuşdur. 1981-1991-ci illərdə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. Hər kəs məzun olarkən keçirdiyi toplum arzular hissi qəlbinda param-parça oldu. İşğalçı mənfur qonşumuz və onun havadarlarının dəstəyi ilə 1992-ci ildə Şuşa şəhəri ermənilər tərəfindən işğal olundu.

Sanki arzuları da çilikləndi... Ancaq atası Həsən Quliyev ziyalı idi və bu çətin, acılı bir dövrdə də qızının təhsil almasına şərait yaratdı. Ramella xanım ailəsi ilə birgə Bakı şəhərin-də məskunlaşdılar. O, 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) tarix fakultəsinə qəbul olundu. O, 1997-ci ildən 2001-ci ilədək Bakı şəhər Suraxanı rayonu 141 saylı məktəbdə tarix müəllimi kimi fəaliyyətə başladı. 2022-ci ildə Qara-bağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun əmri ilə Qəbələ şəhərində məskunlaşmış Şuşalı sakinlər üçün 1993-cü ilin sentyabrında fəaliyyətə başlamış Şuşa rayon 24 saylı ümumi orta məktəbdə Uşaq və Gənclər Birliyi vəzifəsinə təyinat alaraq əmək fəaliyyətini davam etdirir. Ramella xanım fəaliyyətə başlarkən ölkə Prezidenti İlham Əliyevin: "Mən istəyirəm gənclərimiz elmi, peşəkar bilikli olmaları ilə yanaşı vətənpərvər olsunlar, Vətən sevgisiylə böyüsünlər" fikirlərini əsas tutaraq gənclərimizə vətənpərvərlik, milli-mənəvi zənginlik ruhunun aşılanması istiqamətində, gənc nəslin ölkəyə layiqli vətəndaş kimi yetişməsi üçün daima çalışmışdır və çalışır. Bu işi həmişə özünə bir ziyalı kimi müqəddəs borc sanır.

"Şuşasız" Şuşalı illər

Yaşadığı ömrün yaş tsiklində Şuşalı olub Şuşasız yaşadığı illər daha çoxdur Ramella xanımın. Ancaq bu ilk baxışda. Çünki hər səhərin açılması, hər günəşin çıxması, ulduzların, ayın görünməsi, hər yağış, duman, qar, şaxta onu Şuşa dağlarına qəlbən aparmış, ömrünün acılı-şirinli hər anında gözəl Şuşa öz əsrarəngiz gözəlliyi ilə onun göz önündə, qəlb çırpıntısında olmuşdur. Ona görə də Məmməd Arazın şeirlərindən birində deyildiyi kimi;
Yüyür mənsiz dağlaracan,
buludlaracan,
Haray çəksən, qayalarda
səslənər adım...

Bəli, Ramella xanım qəlbən həmişə Şuşanı qarış-qarış gəzmiş, onun intizarını çəkdiyi 28 ilin Şuşasız çağlarının acısını qəlbinə gömsə də, nə vaxtsa "əsir düşən" evlərinin, torpağının qoxusunu duyacağı, o torpaqda qarış-qarış gəzəcəyi ümidi ilə yaşamışdır. Əzizlərinin yurd həsrəti qəlbini acıtsa da, övladlarına və şagirdlərinə öz doğma elobasına qayıdacağı, əsir olan torpaqlarımızın azad olacağı inamını təlqin etmiş, inandırmışdır. Çünki o, azərbaycanlı oğulların igidliyinə həmişə inanmışdır. Ümumi məfhum və onun əvəzolunmazlığı Vətən bir milətin varlığı deməkdir. Millət isə xalqdır, xalq isə vətənsevər insanların vəhdətidir. Bu vəhdət özülü möhkəm, qayəsi bir olarsa heç vaxt sarsılmaz! Azərbaycan tarixən qəhrəman bir xalqın aid olduğu ölkədir. Onun igid oğulları həmişə xalqın, Vətənin, torpaqlarının müdafiəsində olmuş və müdafiəsindədir. Buna ən son nümunə Zəfər tariximizdir. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük müharibə 30 illik bir müddətdə əsir olan torpaqlarımızı döyüş yolu ilə, ermənilərə və onun havadarlarına "tarixi dərs" verərək Zəfərlə sona yetdi. Torpaqlarımız azad olundu. Artıq "qaçqın", "köçkün" olan ailələrimiz öz doğma yurdlarına qayıdırlar. Yağmalanaraq xarabalığa çevrilmiş şəhər və kəndlərimiz müasir zamanın tələblərinə uyğun şəkildə yenidən qurulur və öz doğma sakinlərinə təhvil verilir. Ramella xаnım və onun əzizləri də doğma Şuşalarına dönəcəyi günü böyük intizarla gözləyirlər. Vətən bölünməz, torpaqdan pay olmaz, Vətən sözü əvəzolunmazlıq mənasını ifadə edər.

Hər kəs gücü müqabilində

Vətəni sevən hər kəs öz gücü, qüvvəsi müqabilində daima Vətəninə xidmət edər, Vətənin müsəlləh əsgəri kimi onun müdafiəçisi olar. Ramella xanım məhz Vətəninin "müsəlləhəsgəri"dir. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu dövrdə də, torpaqlarımız azad olunduqdan sonra da o, təbliğat və təsviqat işlərini davam etdirmişdir. Müharibədə şəhid olan igidlərimizin ailələri ilə tez-tez görüşmüş, şəhid ailələrini və məzarlarını ziyarət etmiş, sağlamlığını itirən qazilərimizlə məktəblilərin görüşlərini keçirmişdir. Şəhadətə qovuşmuş Qəbələ şəhidlərinin mövludunda və anım tədbirlərində ədəbi-bədii kompozisiyalar təşkil edərək, məktəblilərlə birlikdə tədbirlərdə fəal iştirak etmişdir. İştirak etdiyi vətənpərvərlik tədbirlərində Ramella Quliyevanın Şuşa məktəbini təmsil edərək şagirdləri ilə birlikdə hazırladığı bədii kompozisiyalar, şer və səhnəciklərin təqdimatının dəfələrlə şahidi olmuşam. Ramella xanım şəhidlərimiz haqda yazılmış kitabları Qarabağ torpaqlarını səyahət edərkən özü ilə apararaq kitabların da səyahətini təşkil edərək şəhid ruhlarını şad etmişdir. Onun tədbirlərdə Vətən və şəhid yanğısı ilə etdiyi çıxışlar hər kəsin yaddaşında öz əksini tapmışdır.
Ramella xanım vətənpərvər, milli mənəviyyatı zəngin biridir. Onu rayonumuzun ziyalıları, eləcə də vətənpərvər insanları məhz buna görə həmişə sevir və hər bir tədbirdə onun xüsusi yeri olduğunu söyləyir. Vətənpərvərlik yalnız döyüşlərdə deyil, insanlığa xas bütün əməllərdə hiss olunmalıdır, məhz Ramella Həsən qızı Quliyeva kimi. İşlərin daima uğurlu, vətənpərvərlik ideyaların zəngin olsun, Vətən qızı!

Bibixanım

Son xəbərlər

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

Haray çəksəm qayalarda səslənər adım - FOTO

Bu aktyorlar "Teşkilat"dan gedir - FOTO

Dünyasını dəyişən rejissor tanınmış aktrisanın əri imiş

Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir+Foto

“Əməliyyatı yaxşı keçib, qayıdacağına ümid edirik”

Meksikada 5,8 bal gücündə zəlzələ olub

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Prezident: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir

Azərbaycan Prezidenti: Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib

MƏMMƏD QƏDİR : Bir can saxlamışam sənə əmanət - FOTO

Konsertə yeni sevgilisi ilə qatıldı - Foto

BİR KƏND,YEDDİ ŞAİR”ƏDƏBI MÖCÜZƏSININ BEŞİNCİ SƏSİ–FÜRQANİ FENOMENİ... - FOTOLAR

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB

Xanımı ilə Zəfər parkını ziyarət etdi - Fotolar

Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031