Turaztv.az » Xəbərlər » Kallasın şöbəsinin yüzlərlə işçisi stressdən əziyyət çəkir
Xəbərlər

Kallasın şöbəsinin yüzlərlə işçisi stressdən əziyyət çəkir

02.07.2026, 14:16 54
Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) yüzlərlə əməkdaşı stress səbəbindən xəstəlik məzuniyyətinə çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

"Yüzlərlə işçi və ya işçi qüvvəsinin təxminən 8%-i stresslə əlaqəli xəstəliklər səbəbindən məzuniyyətinə çıxıb", - deyə nəşr bildirir.

Nəşr əvvəllər EEAS-ın işçilərin əhval-ruhiyyəsinin aşağı düşməsi və daxili münaqişələrlə üzləşdiyini bildirmişdi.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasdır.

Oxşar xəbərlər