Qadınlar farağat vəziyyətində duran türk əsgəri leysandan qorudular – Foto
Türkiyə bir neçə gündür şəhidlərini son mənzilə yola salmaqla məşğuldur. Keçirilən təntənəli dəfn mərasimləri gah şəhid övladlarının ürəkdağlayan görüntüləri, gah şəhid analarının nalələri, gah da əsgər atalarının qürurulu göz yaşları ilə yaddaşlara həkk olunur. Dünən Türkiyə mediasında yayılmış bir şəkil də böyük müzakirələrə səbəb olub.

Bizimyol.info xəbər verir ki, Suriyanın İdlib şəhərində Əsəd rejiminin hava hücumu zamanı şəhid olmuş zabit Emin Yıldırımın dəfn mərasimində maraqlı anlar qeydə alınıb. Mərasim zamanı leysan yağış başlayıb və şəhidin cənazəsi başında növbə tutan əsgər farağat vəziyyətində dayandığı üçün yağış onu isladıb. Bu anları görüb ürəyi dözməyən Serab Abbasoğulları adlı qadın öz çətirini açaraq, əsgərin başı üzərinə tutub və onu yağışdan qoruyub.

Bu anlar müxbirlərin gözündən yayınmayıb və qəzetlərdə manşetə çevrilib. Daha sonra bu hadisə barədə danışan Sərab xanım bildirib ki, fotonun çəkilməsindən xəbəri olmayıb.

“O şəhidimizin baş ucunda növbə çəkirdi. Leysan onu isladır, üzündən sular axırdı. Çətin vəziyyətdə idi. İki dəfə salfet uzatsam da təbii ki, götürə bilmədi. Mən də çətirimi açıb onun başı üzərinə tutdum. O an yanımda olan əmiqızlarım da mənim başıma öz çətirlərini tutdular. Mehmetcik bizim uğrumuzda canından keçir, biz onlar üçün bunu etmişik, çoxmu? Ən azından bir balaca faydam toxunsun istədim və bununla qürur duydum”,- deyə o bildirib.

Son xəbərlər

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031