Xəbərlər
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər

Ukrayna, ABŞ və Rusiyanın Əbu-Dabidə üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "The Sun" qəzetinə müsahibəsində bildirib.
Zelenski Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının ABŞ-dakı aralıq seçkilərdən sonrakı günlərdə baş tutacağını qeyd edib.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər 3 noyabrda keçiriləcək.















