15 may 2026-cı il tarixində Şamaxı rayon M.K.Veysov adına 6 nömrəli tam orta məktəbində “Zirvədə duran Mirzə Ələkbər Sabir irsi” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan DŞRMİ-nin tabeliyində olan M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyinin elmi işçisi N.Cabarova şagirdlərə ətraflı məlumat verərək bildirdi ki, M.Ə.Sabir Azərbaycan poeziyasının satirik şeir dühası, yeni ədəbi məktəbin banisidir. O, Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutan və ədəbi zirvədə dayanan böyük dühadır.

M.Ə.Sabir çoxəsrlik Azərbaycan poeziyasının ənənələrini öz yaradıcılığında əks etdirməklə yanaşı, ictimai fikrin formalaşmasında da xüsusi rol oynamış söz ustalarından biridir. Şair, satirik şeirlərində sosial bərabərsizliyi, mürtəce dini təbəqəni kəskin şəkildə tənqid etmişdir. M.Ə.Sabir yaradıcılığında, xalqı öz hüquqlarını dərk etməyə və mütəşəkkil şəkildə mübarizəyə səsləyən çağırışları ilə xüsusi yer tutur. Molla Nəsrəddin" jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın ən parlaq simalarından olan M.Ə.Sabir yaradıcılığı maarifə, elmə çağrış, cəhalətə geriliyə qarşı mübarizədir.
Azərbaycan ədəbiyyatında maarifçi-demokratik ideyaların daşıyıcısı kimi mühüm yer tutan Sabir irsinin öyrənilməsində Ə.Mirəhmədovun "Ağlar güləyən"
A.Zamanovun “Sabir və müasirləri”, E.Eminalıyevin ”Mirzə Ələkbər Sabir:Həyatı və sənəti”, N.Kərəmovun “Mirzə Ələkbər Sabirin səyahətləri”, S.Aslanovun “Sabir yalnız şair idimi”, Sona Xəyalın “Mirzə Ələkbər Sabirə yeni nəzər” kitabları şagirdlərin,tələbələrin, gənc nəslin yetişməsində, Sabir irsinin daha ətrafli öyrənilməsində əhəmiyyətli və faydalı mənbələrdir.
Mühazirəçi vurgüladı kı, Mirzə Ələkbər Sabirin "Hophopnamə" adı altında olan əsərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Daha sonra şagirdlər Mirzə Ələkbər Sabirin satirik şeirlərindən nümunələr səsləndirdilər.
Yaratdığı şəraitə görə məktəbin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
#MƏSabir164
#Satirikşair
#MƏSabirinevMuzeyi

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930