Xəbərlər
17.05.2026, 17:52
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN TƏHSİLƏ TÖHFƏSİ
28 MAY – MÜSTƏQİLLİK GÜNÜ
Rüfət Hüseynzadə
Pedaqoji elmlər doktoru, Professor, Əməkdar Müəllim.
Soltanəli Qurbanov,
Səbail YAP “Üzeyir Hacıbəyov - 68” Ərazi Partiya Təşkilatının sədri, ADPU-nun dosenti
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 30 yanvarında “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" Sərəncamı Cümhuriyyətin çoxsahəli fəaliyyətinə verilən ən yüksək qiymətdir. Ulu öndər Heydər Əliyev qeyd edərək demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, az yaşasa da xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın XIX əsrin sonu XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğulan ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, ziyalıları, xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş əhval-ruhiyyəsini yaymışdır. Bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
Dövlət başçımız möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsə də verdiyi müvafiq sərəncamlarda dəfələrlə xüsusi olaraq vurğulamışdır.
Cənab Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları ilə bərabər, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də Bakıda “İstiqlal Bəyannaməsi” abidəsinin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfınə Dövlət Bayraq Meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olmasıdır. Ulu Öndərin layiqli davamçısı Prezidentimiz İlham Əliyev 2018-ci il yanvar ayının 10-da verdiyi sərəncamla 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir.
Zaqafqaziya Seyminin dağılmasından və meydana gəlmiş konkret tarixi şəraitdən istifadə edərək orada olan Azərbaycan nümayəndələri 1918-ci il mayın 27-də Azərbaycanın istiqlalını elan etdilər. Beləliklə, birinci Türk dövləti yaradıldı. Həmin il may ayının 30-da Tiflis şəhərində ilk respublikanın ilk hökuməti - Fətəli Xan Xoyskinin başçılığı altında Kabinet yaradıldı. Azərbaycan hökuməti ilk gündən geniş tədbirlər həyata keçirməyə başlamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 30 iyun 1918-ci il tarixli qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi, xalq maarifinin inkişafına çox böyük və mühüm təkan verən ilk tədbirlərdən biri türk dilinin dövlət dili elan edilməsi idi. Bu 1918-ci il 27 iyun tarixli qərara əsasən elan edildi. Fətəli Xan Xoyskinin baş nazir kimi imzaladığı həmin qərarla Azərbaycan türkcəsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili elan edildi, bütün dövlət orqanları, məhkəmə, təhsil müəssisələri və digər inzibati qurumlarda da bu dildən istifadə olunması tələb edildi. Parlamentin dəftərxanası bütün dövlət və ictimai təşkilatlara, ayrı-ayrı şəxslərə bildirdi ki, parlamentə, onun dəftərxanasına hər cür yazılı müraciət ancaq dövlət dilində olmalıdır.
AXC dövründə məktəblər milliləşdirildi. Azərbaycan Hökumətinn 28 avqust 1918-ci il tarixli qərarına əsasən, bütün ibtidai təhsil müəssisələrində təhsil ana dilində aparılmalıdır. Kəndlərdə, şəhərlərdə yeni ana dilli məktəblər açıldı.
AXC hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşri məqsədi ilə Maarif Nazirliyində xüsusi komissiya təşkil etmişdir. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu. Azərbaycan par¬lamenti 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarifi Nazirliyinin sərəncamına 1 mil¬yon manat vəsait ayırmışdır. Bununla belə Türkiyədən dərsliklərin alınıb gətirilməsi barədə hökumətin 1918-ci ilin payızında belə bir qətnaməsi də var idi: “Azərbaycandakı təhsil müəssisələrinin milliləşdirilməsi üçün mütləq Türkiyədən dərs kitabları gətirilməli, bir qisim müəllimlər də dəvət edilməli və bu məqsədlə növbəti şəxs Konstantinapola (İstanbula) ezam olunmalıdır”. Bu dövrdə mək¬təb¬lərdə çalışan məşhur müəllimlərin dərs kitablarından da istifadə edilirdi. A.Şaiq, A. Səhhət, H.Cavid, M.Mahmudbəyov, S.S.Axundov, F.Ağazadə belə müəllimlərdən idilər.
Dövlət dili olan Azərbaycan dilinin tədrisi icbarı surətdə həyata keçirilməli idi. Təhsilin, maarif sisteminin milliləşməsi müəllim kadrlarının çatışmaması çətinlik yaradırdı. Müəllimə olan ehtiyacı ödəmək uçun 1918-ci ildə Gəncə. Şəki, Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi və Xalq Maarif Nazirliyi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil seminariya kimi Qazağa köçürülməsi haqqında qərar qəbul etdi. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Firudin Bəy Köçərlinin rəhbərliyi ilə 1918-ci ildə Qazağa köçürüldü və ilk dərslər 1918-ci ilin 10 noyabrında fəlaiyyətə başladı. Orta və ali məktəblərdə dərs demək üçün Türkiyədən və Rusiyadan xeyli yüksək dərəcəli müəllimlər dəvət olundu. “Nina” rus qız məktəbləri milli qadın gimnaziyalarına çevrildi. Məktəb yaşından böyük olan vətəndaşlar üçün axşam savad kursları təşkil edildi. Şərqdə ilk dünyəvi ali təhsil verən - Bakı Dövlət Universiteti yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda ilk dövlət universitetin təsis edilməsi haqqında qərar qəbul edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir
universitet ilk tədris ilini 2 fakültə ilə - Tarix-filologiya, Tibb fakültələri ilə fəaliyyətə başlamışdır. Daha sonralar fizika - riyaziyyat (1920), şərqşünaslıq (1922), hüquq (1928), kimya- biologiya (1934) fakültələri yaradılmışdır. İlk tədris ilində 44 müəllim olmuş və universitetin ilk rektoru görkəmli rus alimi, Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur. Daha sonra 1926-1929 cu illərdə universitetin ilk azərbaycanlı rektoru Tağı Şahbazi olmuşdur.
Bakı Dövlət Universitetinin yaradılması heç də asanlıqla başa gəlməmşdir. Universitetin ilk rektoru V.İ.Razumovski yazırdı: “1919-cu ilin əvvəllərində Azərbaycan Respublikasının xalq maarif naziri Həmid bəy Şahtax¬tinski Tiflis şəhərinə gəldi. O, Qafqaz rus universitetini Bakıya köçürmək təklifi ilə gəlmişdi, yaxşı binalar, maddi təminat və s. vəd edirdi...”. V.İ.Razumovski uni¬versitet şurasının iclasında Bakıdan alınmış təkliflərin daha real, daha məqbul və daha sanballı olmasını əsas gətirərək, məhz universiteti Bakıda yaratmaq təklifini irəli sürdü və təklif qəbul edildi.
Bakı Dövlət Universitetin yaranmasında Fətəli Xan Xoyskinin, Nəsib Bəy Yusifbəylinin, Həsən Bəy Ağayevin, Məmmədəmin Rəsulzadənın, Rəşid Xan Kaplanovun, Sultan Məcid Qənizadənin, Həmid Bəy Şahtaxtlının və başqalarının çox böyük böyük xidmətləri olmuşdur.
Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, ciddi tədbirlər həyata keçirirdi. Universiteti professor-müəllim heyəti ilə təmin etmək məqsədilə 1918-ci il iyulun 23-də AXC hökumətinin qərarı ilə Türkiyədən 50 nəfər, Rusiyadan da 50 nəfər müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Bakı Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlamışdılar. Onların arasında Rusiyadan - Komarovski, Makovelski, Seredinski, Marr, Meşşaninov və başqaları, Türkiyədən - İsmayıl Hikmət, Xəlil Fikrət, Mühittin Birgin, Mehmet Fuad Köprülüzadə, Bəkir Çobanzadə və başqaları universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşlar.
Bu böyük alimlər çox dəyərli elmi- pedaqoji tədqiqat işləri, dərslik və dərs vəsaitləri də yazmışlar. Məsələn, İsmayıl Hikmət 4 cildlik “Türk ədəbiyyatı tarixi”, 2 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, Möhyəddin “Psixoloji”, Fuad Köprülüzadə “Azəri ədəbiyyatına dair tədqiqlər”, Xəlil Fikrət “Tədris və tərbiyə tarixi” əsərlərini nəşr etdilmişlər.
1929-1930 - cu tədris ilində Şərqşünaslıq fakültəsindən məzun olmuş dosent Lətif Hüseynzadə xatirələrində yazır ki, tələbələr təhsil illərində dərin və hərtərfəli bilik qazanmaqla bərabər, həm də ciddi elmi - tədqiqat işləri ilə də məşğul olmuş, ictimai işlərdə fəal iştirak etmiş, faydalı təşəbbüslər irəli sürmüşlər. L.Hüseynzadə xatirələrində yazır ki, 1928-29-cu tədris ilində Lenin adına Azərbaycan Dövlət Darülfünunun (1922-ci ildə adı dəyişdirilmiş, 1924 cü ildə Leninin adı verilmişdir) 10 illik yubileyi ərəfəsində Şərq fakültəsi nəzdində jurnalistika şöbəsi yaradıldı. Mikayıl Müşfiq, Əhməd Cavad, Məmmədsəlim Tahirli, Əhməd Seyidov, Lətif Hüseynzadə və başqa fəal tələbələr dərsdən sonra jurnalistika şöbəsinin məşğələlərində iştirak edirdik. Bu şöbədə Qori Müəllimlər Seminariyasının məzunu, əsgəri xidmətdə olmuş, bizdən daha yaşlı və təcrübəli olan Əhməd Seyidovla daha yaxın münasibətlər qura¬raq məşğələlərə davamlı həvəslə gedir və birlikdə fəaliyyət göstə¬rirdik. Burada qəzetçilik, müxbirlik, mətbəə ləvazimatı, redaksiya işlərinə dair çox maraqlı dərslər keçir, məqalələr yazırdıq. Jurna¬lis¬tika fakültəsinin və jurnalistika şöbəsinin rəhbəri professor S.Seredinski idi. Bir gün rektorumuz Taği Şahbazi məşğələmizə gəldi və biz ona müraciət etdik ki, darülfünunda çoxtirajlı bir qəzet nəşr edək. Rektor da fikrimizi razılıqla qarşıladı və 1929 cu ilin iyun ayında Azərbaycan Dövlət Darülfünunda “Student jurnalist” adlı çox¬tirajlı universitet qəzetinin ilk nömrəsini buraxmağa nail olduq. Bu ilk nömrədə Tağı Şahbazinin “Böyük yubiley qarşısında”, Hadi Mirzəzadənin “Darülfununda jurnalizm kafedrası”, M.Səlimxanlının “Bizdə qəzetçilik sənəti”, Əbdüləziz Salamzadənin” Darülfünün bizə nə verdi”, S.Aşurbəylinin “Pedaqoji fakültənin yeni quruluşu.Prof. Fridonlu ilə müsahibə”, Lətif Hüseynzadənin “Azərbaycan necə öyrənilir”, Tanabeylinin “Lisaniyyat kafedrası. Professor Bəkir Ço-banzadə ilə müsahibə”, Əhməd Seyidovun “Tibbi fakültədə yeni tədbirlər”, adlı məqalələri getmişdir”. Rəngli buraxılmış bu ilk qəzetin redaksiya heyətində Məmməd Arif, Adil Əfəndizadə, S.Aşurbəyli, Əhməd Seyidov və Lətif Hüseynzadənin adları görünməkdədir.
1999-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 80 illiyi tamam oldu. Bu münasibətlə 1999-cu il dekabrın 28-də universitet kollektivinə göndərdiyi təbrik məktubunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yazırdı: “Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər gös¬tərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək, onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm”.
Bakı Dövlət Universitetinin ən böyük məzunu xalqına, onun mədəniyyətinə və mənəviyyatına son dərəcə bağlı olan, şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dünya azərbaycanlılarının lideri Heydər Əliyevdir. Heydər Əliyev BDU-nun həm bütün Azərbaycan xalqının, həm də universitetimizin şöhrətini yüksəklərə qaldıran, millətinə xidmət göstərən ən şəhrətli məzunudur.
Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Prezident “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 14 noyabr, 2017 - ci il tarixli xüsusi Sərəncam imzalamışdır. Həmin sərəncamda deyilir: “...2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Univer¬si¬tetinin təsis edilməsinin 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ali məktəb kimi yartandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir... Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir...”
Beləliklə, deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin mədəni-maarif, milli təhsil sahəsindəki qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmışdır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay