Latviyada 28 May - Müstəqillik Günü qeyd olunub - FOTOLAR
Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən Riqanın simvolları arasında yer alan məşhur tarixi-memarlıq abidəsi “Qara Başlar Evi”ndə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Ölkəmizin Latviyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Latviya Seyminin deputatları, Xarici İşlər Nazirliyinin, eləcə də bir sıra dövlət strukturlarının rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimai, akademik və mədəni dairələrinin tanınmış təmsilçiləri və Latviyada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Latviyanın tanınmış xorlarından biri olan “Yuventus” qarışıq xorunun ifasında hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək müsəlman dünyasında ilk parlamentli, dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox çətin şəraitdə və qısa müddət ərzində milli dövlət təsisatlarını yaratmağa, dövlət atributlarını qəbul etməyə, eləcə də ölkənin beynəlxalq aləmdə tanınması üçün qətiyyətli addımlar atmağa nail olub. Cəmi 23 ay yaşayan Cümhuriyyətin azadlıq ideyaları və dövlət müstəqilliyi ənənələrinin Azərbaycan xalqının təfəkküründə möhkəm yer tutduğu, ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyi vurğulanıb.

Eyni zamanda, bu il xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Heydər Əliyev uzaqgörən Lider və böyük dövlət xadimi kimi Azərbaycanı təhlükələrdən xilas edərək onu inkişaf yoluna çıxarıb.

Həmçinin qeyd edilib ki, Ulu Öndər Azərbaycan-Latviya münasibətlərinin banisidir. Onun 1994-cü ildə Prezident olduğu dövrdə Azərbaycanla Latviya arasında diplomatik əlaqələr qurulub.

2017-ci ildə Azərbaycan ilə Latviya arasında münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayan diplomat iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini bildirib.

Tədbir mədəni proqramla davam edib.

Latviya Universitetinin “Yuventus” qarışıq xoru tərəfindən Azərbaycan və latış xalq mahnıları ifa olunub.

Eyni zamanda, Latviyada fəaliyyət göstərən "Buta" rəqs qrupu Azərbaycanın milli rəqslərini təqdim edib.

Tədbirdə, həmçinin Riqa Rəssamlıq və dizayn tam orta məktəbinin 3-cü kurs tələbəsi həmyerlimiz Məryəm Seyidovanın fərdi rəsm sərgisi nümayiş olunub.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.
Latviyada 28 May - Müstəqillik Günü qeyd olunub - FOTOLAR
Latviyada 28 May - Müstəqillik Günü qeyd olunub - FOTOLAR
Latviyada 28 May - Müstəqillik Günü qeyd olunub - FOTOLAR
Latviyada 28 May - Müstəqillik Günü qeyd olunub - FOTOLAR
Latviyada 28 May - Müstəqillik Günü qeyd olunub - FOTOLAR
Latviyada 28 May - Müstəqillik Günü qeyd olunub - FOTOLAR

Son xəbərlər

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Ümid"in aktyoru vəfat etdi

"Arka sokaklar"dan sonra bu seriala çəkiləcək - FOTO

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Qəzənfər Məsimoğlu : SƏNSİZ - FOTO

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930