XATİRƏ İSMAYILOVA,
Şəhid anası

Bəzi insanlar vəzifəsinin tələb etdiyini yerinə yetirir. Bəziləri isə vəzifəsinə ürəyini də qatır.Ümumiyyətlə,düşünürəm ki,vəzifə dövlətin etimadı,Allahın insana bir lütfüdür.Vəzifə xalqa xidmət etmək üçün şəxsə verilən böyük şansdır.Vəzifə kürsü deyil,bir əmanətdir. O əmanətin dəyəri tutduğun yerin yüksəkliyi ilə deyil ,o yerdə ,o məqamda xalq üçün görə bildiyin xeyirxah işlərlərlə ,insanların ürəyində buraxılan izlərlə ölçülür.
Bunları anlayan insan tək vəzifə daşımır, o vəzifənin məsuliyyətini də anlayaraq daşıyır.Əslində,açıq deyim,kənardan baxanda da kimin öz vəzifəsini necə yerinə yetirdiyi aydınca hiss olunur.Çox zaman isə biz gördüyümüzdən də , duyduğumuzdan da qat qat artıq məqamlar olur.
Hər birimiz bilirik ki, minlərlə şəhidimizin qanı bahasına əldə etdiyimiz Zəfərimiz dövlətimizin də , hər bir vətəndaşımızın da ən böyük qürurudur. Şəhid əmanətlərinə sahib çıxmaq dövlətin ən prioritet vəzifələrindən biridir. Söhbət bu ümdə məsələdən gedəndə gözümün önünəAbdin müəllim gəlir.
Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi…
Hamımız bilirik ki ,şəhidlərimiz haqqında,onların mövlud və anım günləri haqqında məlumat toplamaq bir o qədər də çətin deyil. Ancaq məhz elə həmin günlərdə, istiyə - soyuğa baxmayaraq onların əzizləri ilə xiyabanda çiyin - çiyinə dayanmaq , onlara mənəvi dayaq olmaq, dərdinə şərik olmaq elə də asan iş deyil.
Tək bu deyil … Şəhidin övladının doğum gününü və ya onun həyatında baş verən hansısa əlamətdar günü nəzərdə saxlamaq, sevincinə şərik ola bilmək və atasının yoxluğunu hiss etməmək üçün əlindən gələni əsirgəməmək böyük diqqət tələb edir.
Şəhidin atasının , anasının , yarının mövludunu diqqətdə saxlamaq , o əmanətləri həmin gün yad edərək qapılarını və ürəklərini açmaq .. bu da böyük diqqət və ürək tələb edir.Bu ailələrin sevincli günlərində , məsələn yerdə qalan övladlarının xeyir işlərində qolu qalxmayan valideynin əvəzinə qol qaldırıb məclisə xoş abu- hava gətirmək böyük ürək tələb edir.Və ya övlad itkisinin ağırlığına tab gətirməyərək çökən, xəstələnən bir atanın ya ananın çarpayısın yanında dayanmaq , təsəlli etmək , başına sığal çəkmək böyük ürək istəyir.Bəzən də bu dərdi daşıya bilməyib bu dünya ilə vidalaşan şəhid atasının , ya anasının tabutuna çiyin vermək və eyni zamanda yerdə qalanları təsəlli etmək böyük ürək istəyir..
Hələ , 30 ildən sonra tapılan şəhid nəşlərini 30 ildən çox yol gözləyən ailələrə təhvil vermək , onlara ifadəsi çətin olan bu halı yaşamağa dəstək olmağa çalışmaq böyük ürək istəyir…

Elə böyük ürək ki… bunları yazdıqca öz ürəyim belə tab gətirmir.. çırpınır..

Bəli , Abdin müəllim bunları bir vəzifə kimi yerinə yetirmir… o bunları bir insanlıq borcu kimi yerinə yetirir..
O şəhid ailəsinin təqvimdəki xüsusi günlərinə deyil , onların həyatına daxil olur, dərdlərinə çiyin verir, yaşamalarına səbəb olur.
Bəli , bax bir ürək bütün bunların hamısını yaşayır ,bu dərdləri süzgəcindən keçirir və yaşadıqca da böyüyür…
Mən bir şəhid anası kimi bunları görür , duyur və qiymətləndirirəm. Axı şəhidimizin yoxluğu təqvimdə göstərilən yalnız o gün deyil.
Axı cənnətdə əbədi məkan qazanmış müqəddəslərimizin bu dünyadan gedişləri , həsrətləri , nisgilləri bir ömür bizimlədir.
Axı bizim sevincimiz buruq, kədərimiz daha dərindir…
Axı daim bizim yanımızda olmaq da asan deyil…
Amma bütün bunların öhdəsindən layiqincə gələn , bizə doğmalaşan kəsimiz var ….
Bu qədər işin öhdəsindən gəlmək üçün tək vəzifə səlahiyyəti yetməz… bunun üçün böyük ürək lazımdır , elə ürək ki , içində sevgi , mərhəmət , insanlıq daşısın…
Mən bir şəhid anası , bir müəllimə kimi bütün bunları yazmağı özümə borc bildim.
Dərdimizə və sevincimizə şərik olan , evlərimizin ən əziz insanına çevrilən , hər birimizin doğması , əzizi olan Abdin müəllimə təşəkkür etməyə isə sözlərim yetmir.
Şəhid bir dəyərdir , elə bir dəyər ki, ölçüsü çəkiyə gəlməz.
Şəhid Vətən uğruna, dövlət uğruna , hər birimiz uğruna canından keçməyi bacaran fədaidir .Şəhid gələcəyimiz uğruna öz gələcəyindən vaz keçəndir.
Bu dəyəri dəyərləndirə bilmək özü bir dəyərdir.
Mənim isə bütün bunları yazmaqda məqsədim bu dəyərləri dəyərləndirənləri dəyərləndirməkdir.
Deyirlər şəhidlər tarixdə yaşayır , mən isə düşünürəm ki , şəhid tək tarixdə yaşamır … Şəhid xalqın canlı yaddaşında , vicdanında , ləyaqətində , namusunda yaşayır. Bu keyfiyyətləri özündə daşıyan kəs şəhidinə də onun əmanətinə də dəyər verməyi bacaracaq .
Mən şəhid anası kimi xalqıma şəhidlərimizi ruhlarında vicdanla yaşatmalarını tövsiyyə edirəm.
Bir də bu dəyərə dəyər verənlərə “ Halal olsun” deyirəm.








Son xəbərlər

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31