Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Gürcüstan mediası İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı və enerji dəhlizləri ilə bağlı açıqlamalarını geniş işıqlandırıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın aparıcı televiziya kanalları və xəbər resursları Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda verdiyi müsahibəyə geniş yer ayırıb.

Gürcüstanın İctimai Televiziyasının (1TV) və "İmedi" televiziyasının internet səhifələrində yayımlanan materiallarda Azərbaycan Prezidentinin Azərbaycanın Avropa bazarına elektrik enerjisi ixrac etmək niyyəti, bu istiqamətdə Gürcüstan və Türkiyənin əsas tranzit marşrut kimi rolu, eləcə də regionda yeni enerji və nəqliyyat bağlantılarının yaradılması ilə bağlı fikirləri ön plana çıxarılıb.

Nəşrlər İlham Əliyevdən sitatlar gətirib, onun fikirlərini şərh ediblər. "Azərbaycan artıq Avropa bazarına neft və qaz ixrac edir və elektrik enerjisinin də Avropa bazarına çatdırılması istiqamətində imkanları genişləndirmək niyyətindədir", - nəşrlər Prezidentin bu sözlərini dərc ediblər. Prezidentin sözlərinə görə, hazırda Azərbaycanın Avropa bazarına elektrik enerjisi ixrac etməsi üçün əsas marşrut Gürcüstan və Türkiyədən keçir.

"Regionumuzda Azərbaycan qədər enerji ilə hərtərəfli təchiz olunmuş başqa bir ölkə yoxdur, istər neft, istər qaz, istərsə də elektrik enerjisi olsun. İxrac imkanlarımızı qonşu ölkələrə genişləndirməklə Avropa bazarına da çıxış əldə edəcəyik. Biz artıq Avropanı neft və qazla təchiz etmişik, eyni zamanda Avropa bazarını elektrik enerjisi ilə də təmin etmək istəyirik", - deyə İlham Əliyevin fikirlərini nəşrlər tirajlayıblar.

Qeyd edilib ki, Azərbaycan Prezidenti bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayaraq, xüsusilə Qara dəniz enerji kabeli layihəsinə diqqət çəkib. O bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırması artıq hazırdır və ikinci elektrik ötürücü xəttinin yaradılması Azərbaycanın imkanlarını daha da gücləndirə bilər.

İlham Əliyev Azərbaycanın enerji sisteminin hazırda Rusiya, İran və Gürcüstanın enerji sistemləri ilə əlaqəli olduğunu, Gürcüstan üzərindən isə Türkiyəyə və daha sonra Avropa bazarına çıxışın təmin edildiyini qeyd edib.

Azərbaycan Prezidenti Ermənistan üzərindən Naxçıvana elektrik xətlərinin çəkilməsini nəzərdə tutan layihənin də hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistandan Naxçıvana, oradan isə Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi gələcəkdə regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edə bilər.

İlham Əliyev Azərbaycanın son illərdə elektrik enerjisi infrastrukturunun inkişafı istiqamətində gördüyü işlərdən də danışıb.

"Son beş ildir ki, biz Kəlbəcər dağlarında, hətta qarlı havada belə, 3500 metr hündürlükdə elektrik ötürücü qüllələr ucaldırıq", - deyə Prezident bildirib.

Onun sözlərinə görə, Ermənistan üzərindən Naxçıvana elektrik xəttinin çəkilməsi layihəsinə başlanılacağı təqdirdə, bu işlərin həyata keçirilməsi uzun müddət tələb etməyə bilər.

İlham Əliyev bu layihənin gələcəkdə Zəngəzur dəhlizi və TRIPP layihəsinin ayrılmaz hissəsinə çevrilə biləcəyini də qeyd edib.

Prezidentin sözlərinə görə, həmin marşrut yalnız dəmir yolu və avtomobil yolundan ibarət olmayacaq. Buradan fiber-optik kabellərin, elektrik xətlərinin və gələcəkdə zərurət yaranarsa, neft və qaz kəmərlərinin də keçirilməsi mümkün ola bilər.

Azərbaycan Prezidenti müsahibəsində Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətinə də toxunub. O bildirib ki, dəhliz vasitəsilə 15 milyon ton və ya daha çox yükün daşınması əlavə iqtisadi fəaliyyətin yaranmasına, yeni iş yerlərinin açılmasına və Naxçıvanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə imkan verəcək.

İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi ideyası ilk dəfə irəli sürülərkən əsas diqqət nəqliyyat seqmentinə yönəlsə də, hazırda layihəyə daha geniş kontekstdə baxılır.

Gürcüstan mediasının Azərbaycan Prezidentinin açıqlamalarına geniş yer verməsi xüsusilə enerji, nəqliyyat və tranzit imkanları baxımından Bakı-Tbilisi əməkdaşlığının aktuallığını da ön plana çıxarıb.

Qeyd edək ki, Gürcüstan Azərbaycan enerji resurslarının Türkiyə və Avropa bazarlarına çıxarılmasında əsas tranzit ölkələrdən biridir. Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr Cənubi Qafqazın regional bağlantısının və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031