Turaztv.az » Xəbərlər » Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO
Xəbərlər

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

17.08.2026, 00:08 101
Bərdəmizin şəhidi,
Şir ürəkli qəhrəman.
Qaldı yaddaşımızda
Bu cəsur, igid oğlan.

Anası Zibeydənin
Gözlərinin işığı.
Mərd, vətənpərvər igid,
Elimin yaraşığı.

Laçın, Tərtər döyüşlər,
Səngimədi bir ara.
Oğul Vətən düşündü,
Ana baxdı yollara.

Yağılara vermədi
İgid oğullar aman.
Turqut tək oğulları
Əsla unutmaz zaman.

Qarabağın üstündən
Çəkilmədi duman,çən.
Şəhid olan oğulun
Son sözü oldu: Vətən.

İndi güllər, çiçəklər,
Bitir Suqovuşanda.
Azad torpağımızda,
Hər obada, hər yanda.

Bi şəhid anasının
Gözlərindəki həsrət.
Acı ayrılıqlardan
Güclü elə məhəbbət.

Ana, bacı, qardaşın,
Gözlərində qəm oldu.
Vətən sevdalı şəhid,
Özü bir Vətən oldu.

Hər qarışı bir qüdrət,
Yurdumuzun torpağı.
Zirvədə dalğalanır,
Azərbaycan bayrağı.

Bir şəhid anasının,
Oğlu qüruru , adı.
Şəhidlər ölməyib ki,
Şəhidlik yaşamaqdı,
Şəhidlik yaşamaqdı.

Oxşar xəbərlər