Xəbərlər
3.09.2022, 23:23
“MƏN BUNLARI HEÇ DƏ ÖZÜMƏ TƏRİF VERMƏK ÜÇÜN DEMİRƏM, BUNLAR MƏNİM HƏM İNSANLIQ VƏ HƏM DƏ VƏZİFƏ BORCUMDUR” - FOTOLAR
Bu gün Şəki rayon, Baş Şabalıd kəndində doğulub, boya-başa çatan Ağasəf müəllimin doğum günüdür. onun bu gün 71 yaşı tamam olur. Gülüyev Ağasəf Hüseyn oğlu. O, 1951-ci ildə Şəki rayon, Baş Şabalıd kəndində anadan olmuşdur. İlk öncə pedoqoji orta təhsilə, daha sonra pedoqoji ali təhsilə yiyələnmişdir. 30 il Məktəb direktorunun müavini (dərs hissə müdiri) və müəllim kimi gənc nəslin tərbiyyəsi ilə məşğul olmuş və Bələdiyyə yaranan gündən seçkilərdə xalqın səsini qazanaraq 3 dəfə bələdiyyə üzvü seçilmişdir. Əlavə olaraq da bələdiyyədə sədr müavini və katib vəzifələrində işləmiş, 5 il 6 ay da qulluqçu işləmişdir. Bir çox illər seçki komisyalarında məsul vəzifələrdə işləmiş, 1997-ci ildə AXCP-nın ölkədə anarxiya ilə məşğul olduğu zamanda özü və başqa yoldaşları ilə birləşərək Baş Şabalıd kəndində YAP-nın ilk təşkilatını yaradaraq həmin vaxtdan təşkilatın sədr müavini vəzifəsində çalışmaqla onlarla insanların YAP-nın sıralarında olmasına nail olmuşdur. 20 ildən artıqdır ki, kənd ağsaqqallar şurasının sədri kimi ictimai vəzifəni yerinə yetirib. Başda özü və ailəsi olmaqla bütün nəsli dövləti və dövlətçiliyi dəstəkləyən,prezidentimizə hörmət bəsləyən,dövlətin qanunlarına hörmət edən insanlardır. Ağasəf müəllimin dövlət sevərliliyi sonuncu cümləsindən bilindi ki,o özü haqda müsahibə verən zaman sonda belə bildirdi ki,
“MƏN BUNLARI HEÇ DƏ ÖZÜMƏ TƏRİF VERMƏK ÜÇÜN DEMİRƏM, BUNLAR MƏNİM HƏM İNSANLIQ VƏ HƏM DƏ VƏZİFƏ BORCUMDUR”.
Bəli,belə bir insanlara biz hər zaman dua etməliyik ki,onlar uzun ömürlü olsunlar. Belə insanlardan hər zaman biz xeyir görə bilərik.
Biz də Media və şəxsən Turaz TV-nin təsisçisi və Baş redaktoru Cəmil Zəbhullaoğlu başda olmaqla yaradıcı komandası adından həmkarımız Elyaz (YAZAN)müəllimin atası Ağasəf müəllimi 71 yaşının tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edirik,ona ilk öncə cansağlığı və ömrünün qalan illlərini mənalı ağrı acısız yaşamasını arzulayırıq.
Dərin hörmət və ehtiramla: TUTAZ TV

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay