Zaqatala növbəti Beynəlxalq fındıq, qoz, şabalıd festivalına hazırlaşır
Sentyabrın 28-də Zaqatala rayonunda Beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçiriləcək.

Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə reallaşacaq festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən 10-dan artıq xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, fındıq istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər. Üçüncü dəfədir keçiriləcək festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Festivalın rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında olacaq. Burada kənd həyatına aid bölmə, qərzəkli meyvələrin satış-yarmarkası fəaliyyət göstərəcək, sənətkarların əl işləri və milli mətbəx nümunələri sərgilənəcək. Müxtəlif müsabiqələrin - ən gözəl fındıq, qoz, şabalıd xonçası, qərzəkli meyvələrdən hazırlanmış əl işi, ən yaxşı məlumat lövhəsi, ən gözəl fındıq geyimi və digər yarışların keçirilməsi nəzərdə tutulur. Festival iştirakçıları fındıq qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması prosesini əyani şəkildə izləyəcək, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar.

Həmçinin fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdiriləcək.

Sonda Heydər Parkında geniş konsert proqramı olacaq.

Son xəbərlər

Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik

İlyas Yalçıntaş saxlanıldı

Badamdar qəsəbəsi, EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti tədbiri keçiriləcək.

Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar

Serialda sevgili olmuşdular - 4 illik eşq bitdi

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Yeraltı”da yeni aktrisa

Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var

Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

Bu ərazilərdə işıq olmayacaq

Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var

Dünya çempionatı: Argentina millisi əzmkar qələbə ilə finala yüksəlib

Alzheymer xəstəliyinə bunlar səbəb olur

Tərəf müqabili oldular

MƏN BORÇALI TÜRKÜYƏM

Sevinc YUNUSLU : Sən mənim görüşümə beləcə gəl, ləngimə - FOTO

İllər ondan nəsə aparmır.... - “Odisseya”nın “Kraliça”sı

Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb

NİCAT NOVRUZOĞLU : Bağrımın başında nişan üzüyü - FOTO

Hikmət Məlikzadə : Allah verirsə, nemətdir, vermirsə, hikmətdir” - FOTO

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərlə bağlı yenilik

Amerika 7 İran hərbçisini öldürdü

"Yeraltı”nda yeni aktrisa - FOTO

Yazıcıoğlu və Baysel tərəf müqabili oldu

"Kuruluş Orhan"ın aktyoru yeni serialda - FOTO

Dünyanın ən varlı adamı Le Penə dəstək oldu

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031