DTX Zaqatalada terrorizmlə mübarizəyə dair maarifləndirici tədbir keçirib Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə Zaqatala rayonunda “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” və “Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Turaztv.az "Report"a istinadən xəbər verir ki, tədbirdə DTX-nin məsul əməkdaşları, Zaqatala Rayon İcra Hakimiyyəti, idarə, təşkilat və müəssisələrin təmsilçiləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi də yad olunub.

Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.

Çıxışlarda Azərbaycanda bəzi terrorçu təşkilatların radikal yönümlü sosial bazanın formalaşmasına çalışdığı, bu məqsədlə dini bilgisi az olan, əsasən, etnik azlıqlara mənsub aztəminatlı gənclər arasında təbliğat aparıldığı bildirilib. Qeyd olunub ki, belə gənclər cihad adı altında münaqişə bölgələrinə getməyə, terrorçu təşkilatlara qoşulmağa dəvət olunurlar. Belə halların baş verməsi isə respublikada terrorçuluğa qarşı mübarizə ilə bağlı maarifləndirmə işinin aparılmasına zərurət yaradır. Bu baxımdan DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzi gənclər, qeyri-hökümət təşkilatları, elm, təhsil ocaqları və ictimaiyyət arasında terrorçuluqla mübarizə ilə bağlı maarifləndirmə işləri aparır.

Eyni zamanda vurğulanıb ki, terrorçuluqla mübarizədə hər bir vətəndaş, xüsusilə də valideynlər və müəllimlər daha fəal olmalı, həm ailədə, həm də məktəbdə bu istiqamətdə tərbiyəvi iş aparılmalıdır. Həmçinin terrorla mübarizə işində təhlükəsizlik xidməti orqanları ilə əməkdaşlığa da önəm verilməlidir. Uşaqlar arasında təhlükəli video oyunların yayılmaması da diqqətdə saxlanılmalıdır.

Sonra DTX-nin yaradılması və fəaliyyəti ilə bağlı qısametrajlı film nümayiş olunub.

Son xəbərlər

Cekodan təsirli məktub - “Anamla dolabın arxasında gizləndik”

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

VAQİF VÜQAR : Dünya son görüş yeridir... - FOTO

Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur

Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb

DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Meksika mundiala qələbə ilə başladı

İrəvanda ildırım körpünü uçurdu

Makrona gələ bilməyəcəyini dedi

Türkiyədə sərnişin təyyarəsi radar dirəyinə çırpıldı - FOTOLAR

Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

HÜQUQUN,ƏDALƏTİN və AZAD DÜŞÜNCƏNİN BÖHRAN YAŞADIĞI CƏMİYYƏTİN POETİK OBRAZI...

SEVİNC YUNUSLU : Sənə sinəmin altda qürub saxlamışdım axı.. - FOTO

Ürəyinizin tezliklə dayanacağını necə bilmək olar - dərhal nə etməklazımdır?

Aralıq dənizində zəlzələ baş verdi

FHN əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

"Ömer"in aktrisası yeni serialda - FOTO

"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO

DÇ-2026-nın açılış mərasimi baş tutdu

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930