Xəbərlər
13.08.2026, 10:48
14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO
Rəfail TAĞIZADƏ
Azərbaycanın Fəxri Mədəniyyət işçisi
Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, bənzərsiz ifaçılıq məktəbinin banilərindən biri olan Alim Qasımov milli musiqi irsimizin dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətlər göstərmiş qüdrətli sənətkardır.Onun ilahi səsi, dərin fəlsəfi məzmun daşıyan ifaları və özünəməxsus yaradıcılıq üslubu muğam sənətini yeni zirvələrə yüksəldərək Azərbaycanın zəngin mədəni irsini dünyanın ən nüfuzlu konsert salonlarında, beynəlxalq musiqi festivallarında və mötəbər səhnələrində böyük uğurla təmsil etmişdir.
Alim Qasımov təkcə Azərbaycan musiqisinin deyil, ümumbəşəri mədəniyyətin parlaq simalarından biri kimi dünya ictimaiyyətinin dərin rəğbətini qazanmışdır.Bu əlamətdar gün münasibətilə dünya şöhrətli xanəndə Alim Qasımovu səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz yaradıcılıq enerjisi və Azərbaycan musiqi mədəniyyətinin inkişafı naminə yeni-yeni uğurlar arzulayırıq.
Doğum gününüz mübarək olsun, dəyərli sənətkar! Uca sənətiniz daim yaşasın, səsiniz muğamımızın əbədiyyətə uzanan nəfəsi kimi hər zaman ürəkləri fəth etsin!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay