Turaztv.az » Xəbərlər » Ağ Evin mətbuat katibi vəzifəsindən gedir
Xəbərlər

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

13.08.2026, 01:33 54
Ağ Evin mətbuat katibi Kerolayn Levitt avqustun sonunda vəzifəsindən ayrılacaq.

"Unikal" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu xəbəri sosial media hesabı "TruthSocial"da açıqlayıb.

O yazıb: "Ağ Evin gözəl mətbuat katibi və ən etibarlı köməkçilərimdən biri Kerolayn Levitt ayın sonunda vəzifəsindən ayrılacaq".

Amerika lideri bildirib ki, Levitt gözəl uşaqları və ailəsi ilə daha çox vaxt keçirmək üçün bunu edəcək. O, Levittin qərarını tam başa düşdüyünü və hörmət etdiyini qeyd edib.

Siyasətçi, həmçinin bildirib ki, Levitt onun "baş xarici məsləhətçilərindən" biri olacaq.

Tramp, həmçinin, Levittə gördüyü işə görə minnətdarlığını bildirib və onu "Ağ Evdə əsl lider" və "Ağ Evin ən yaxşı mətbuat katiblərindən biri" adlandırıb.

Oxşar xəbərlər