Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürAzərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürAzərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.

Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Mətn www.heydar-aliyev-foundation.org saytından götürülüb.

Son xəbərlər

Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil

Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək

Bakı metrosunda bugünkü hadisə zamanı generatorların işə düşməməsinin səbəbi açıqlanıb

İrəvanın yeni siyasi doktrinası - Qarabağ hərəkatından imtina və konstitusiya dəyişikliyi - ŞƏRH

"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib

“Anam atamı öldürdü, ertəsi gün məni geyindirib məktəbə göndərdi” - Fotolar

Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimə ediləcək

Sabah 22 dərəcə isti olacaq

Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"

Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupların fəaliyyətinin dayandırılması təklif edilib

Deputatlar 8 vacib məsələnin müzakirəsinə BAŞLADILAR

LİLPAR CƏMŞİDQIZI : Çox dəyərli Əzizə Ağahüseynqızının doğum gününə hədiyyə - FOTO

Azərbaycanda martda əlilliyə görə pensiya alanların sayı 249 mini ötüb

Azərbaycan nefti 6 dollar bahalaşıb

VAQİF VÜQAR : BİR YOZUMDU BU DÜNYA - FOTO

Payıza qoşulub getmə, amandır! - FOTO

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Yaponiya xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırıb

Bakıda 18 istiqamətdə tıxac müşahidə olunur

Enerji nəhəngləri Yaxın Şərqdən Afrika və Amerikaya yönəlir

Azərbaycanlı idman ustası vəfat etdi

“Qırmızı” verdiyi futbolçunu meydana qaytardı

Şirindi-şəkərdi söhbətin,Qabil ! - FOTO

Ərdoğan Türkiyədə silah sahibliyinin məhdudlaşdırılacağını açıqlayıb

Güləşçilərimiz bürünc medal uğrunda yarışacaqlar - Yenilənib

BELA ZƏNGİBASARLI TƏBRİK EDİR - FOTOLAR

Şəhidlər ölməz Vətən bölünməz! - FOTOLAR

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930