"MÖCÜZƏLİ NAFTALAN"

Bəzən insan elə yerə gedib çıxır ki, orada torpağın özü danışır. Daşın yaddaşı olur, ağacın kölgəsi adama söz deyir, külək uzaqlardan xəbər gətirib qulağına pıçıldayır. Naftalan da belə yerlərdəndir. Burada torpaq təkcə torpaq deyil, sanki min illərin sirrini sinəsində saxlayan qədim bir sandıqdır. O sandığın açarı isə qara, qəribə, möcüzəli bir mayedir.

Naftalanın adı çəkiləndə adamın xəyalında əvvəlcə neft canlanır. Amma bu, adi neft deyil. Bu neft yerin altından çıxıb sənaye borularına, zavodlara, maşınlara yox, insanın ağrıyan yerinə gedən neftdir. Elə bil təbiət min illər əvvəl insanla bir müqavilə bağlayıb: “Sən ağrı çəkəndə mən səni unutmayacağam”.
Və bu müqavilənin adı —
Naftalandır.

“MÖCÜZƏLİ NAFTALAN”

sanatoriyasına daxil olanda adamın qarşısına ilk çıxan divarlar deyil, bir ovqatdır. Burada sanki zaman bir az yavaşlayır. Şəhərin hay-küyü arxada qalır, telefonun səsi azalır, insan öz bədəninin səsini eşitməyə başlayır.
İnsan qəribə məxluqdur. Sağlam olanda sağlamlığın qiymətini çox vaxt bilmir. Ayaqları ağrımayanda yeriməyin, əlləri ağrımayanda işləməyin, rahat nəfəs alanda nəfəs almağın nə böyük nemət olduğunu düşünmür. Ağrı gələndə isə bütün dünyanın qiyməti dəyişir. Onda bir stəkan su, rahat yuxu, sakit bir səhər, pilləkəni ağrısız qalxmaq dünyanın ən böyük sərvətinə çevrilir.
Naftalan insanı bir az da buna görə düşündürür.
Burada qara rəngin qəribə bir taleyi var. Dünyanın başqa yerlərində qaranlıqdan qaçırlar, Naftalanda isə qaranın içində şəfa axtarırlar. Qara naftalan yağı sanki yerin dərinliyindən qalxan bir gecədir, amma bu gecənin içində işıq var. O, insanın ağrıyan yerinə toxunanda təbiətin qədim dilində bir söz deyir: “Sakit ol...”

“MÖCÜZƏLİ NAFTALAN”ın

dəhlizlərində müxtəlif talelər qarşılaşır. Biri uzaq rayondan gəlib, biri başqa şəhərdən, biri illərin ağrısını özü ilə gətirib, o biri isə, sadəcə, bir az rahatlıq, bir az ümid axtarır. Burada hamının dərdi fərqli olsa da, ümidi birdir:
SAĞALMAQ!
Bəlkə də sanatoriyanın ən böyük möcüzəsi yalnız müalicə otaqlarında deyil. Ən böyük möcüzə insanın yenidən özünə inanmağa başlamasıdır. Səhər yatağından qalxanda dünənkindən bir az rahat olduğunu hiss etmək, həyətə çıxıb təmiz havanı ciyərlərinə çəkmək, ağacların arasından süzülən günəşə baxmaq — bunların hər biri balaca bir qələbədir.

"MÖCÜZƏLİ NAFTALAN"DA

həkim də, tibb işçisi də, xidmətçi də həmin qələbənin bir parçasına çevrilir.
Çünki şəfa yalnız dərmanla gəlmir. Bəzən bir xoş sözün də dərman qədər gücü olur. Bəzən həkimin “narahat olmayın, yaxşı olacaq” deməsi insanın ürəyində bir işıq yandırır. Bəzən gülərüz qarşılanmaq adamın yarı dərdini götürür. İnsan insana yaxşılıq edəndə təbiət də sanki bu yaxşılığa qoşulur.
Naftalanın havasında da bir qəribəlik var. Səhərlər burada hava elə bil təzə yuyulmuş köynək kimi təmizdir. Ağacların yarpaqları küləklə pıçıldaşır. Günəş binaların üstünə işıq səpir. Axşam düşəndə isə şəhərin üzərinə qəribə bir sakitlik enir.
O sakitlikdə insan özünü dinləyir.
Nə qədər yol gəlmişəm?
Nə qədər insan tanımışam?
Nə qədər söz demişəm?
Nə qədər söz ürəyimdə qalıb?
Və ən başlıcası: ömrün bundan sonrakı hissəsini necə yaşamalıyam?
Naftalan bəzən insana belə suallar verir. Çünki insan bura yalnız bədənini müalicə etməyə gəlmir. Bir az da ruhunu dincəltməyə gəlir.

“MÖCÜZƏLİ NAFTALAN”

adı təsadüfi səslənmir. Möcüzə bəzən göydən yerə düşən işıq deyil. Möcüzə insanın ağrısının azalmasıdır. Möcüzə səhər gözünü açıb həyata yenidən sevinməkdir.
Bu möcüzəni bəxş edən insanlara, xüsusən sanatoriyanın direktoru Elşən Əmiraslanov başda olmaqla, bütün heyətə dərin təşəkkür edirik.
Ardı olacaq. Mütləq izləyin. Çünki maraqlıdır.

Yeri gəlmişkən, öyrəndik ki, qeydiyyat şöbəsinin əməkdaşı İlkanə Şərifovanın ad günüdür. Bu münasibətlə hörmətli İlkanə xanımı qəlbən təbrik edir, ona möhkəm cansağlığı, qadın səadəti və işində uğurlar arzulayırıq. Qoy həyatı bu güllər kimi çiçək açsın, xoş günlər nəsibi olsun.

Cəmil ZƏBHULLAOĞLU,
"TURAZ. TV" saytının rəhbəri,
Daşdəmir ƏJDƏROĞLU,
jurnalist


Son xəbərlər

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930