(esse)

Darıxmaq...
Görəsən nə demək istəyir bizə bu hiss?


...Darıxmaq insan ruhunun ən səssiz ən dərin hislərindən biridir bəlkə də.Onu nə tam anlamaq olur, nə də gizlətmək. Çünki darıxmaq sadəcə bir insanı, bir zamanı, bir xatirəni yada salmaq deyil. Darıxmaq - ruhun özündən bir parçanı itirməsi kimidir. Elə buna görə də bu hiss gələndə insanın baxışları dəyişir, səsi ağırlaşır, zaman isə sanki yerində donub qalır...
Bəzən göy üzünü saran qara buludlar kimi çökür insanın içinə bu duyğu. Göz yaşları sakitcə yanaqlardan süzülərkən sanki göylə ürək arasında görünməz bir əlaqə yaranır-söhbət başlayır. Ətrafdakı insanlar bunu hiss etməsələr də darıxan insanın baxışlarında qəribə bir yorğunluq olur. Elə bil ruh dumana bürünür, getdiyi yollar belə ona fərqli görünür. Hər şey yerində olsa da heç nə əvvəlki kimi təsir bağışlamır.
O anlarda belə saatın əqrəblərindən sanki daş sallanıb.Zaman keçmir...təbiətdəki bütün rəngər qarışır... Gözdən asılmış bir xəyal, qulaqda səslənən bir səs insanın daxilində yenidən canlanır. Xatirələr unudulmur... insanın qəlbində yaşayır.
Məlahət Behbudqızı ✍️ : Darıxmaq ... - FOTO

Darıxanda gecələrin də ayrı bir dili olur. Səssizlik danışır sanki... Soyuq bir meh toxunur üzünə, bir anlıq kiminsə nəfəsini hiss edirsən yaxında...
Bəlkə də bu xatirələrin oyunudur, amma adam buna inanmaq istəyir. Bir zamanlar yaşanmış şirin anlar geri dönür...Gözlərini yumduqda bir cüt baxış yenidən canlanır gözünün önündə.
Darıxmaq -yalnız kədər deyil,o həm də sevginin dəyişmiş formasıdır. Adam yalnız qəlbində dərin iz buraxanlar üçün darıxır. Əgər birinin yoxluğu canını incidirsə, deməli o adam ruhunda, qəlbində dərin bir yerə sahib olub. Bəzən bunu etiraf etmək çətin olsa da, darıxmaq sevgidən qalan ən saf, ən dərin, ən ilahi hisslərdən biridir.
Və bəlkə də gözlərdən süzülən o,, billur yağış" kədəri yox etmək üçün gəlir. Çünki insan ağladıqca içində yığılan o nisgil bir az azalır. Yağış torpağı necə təmizləyirsə göz yaşları da ruhu eləcə təmizləyir. Lakin elə hisslər var ki, heç vaxt silinmir. Onlar sadəcə olaraq ürəyin ən dərin qatlarında özünə yer tapır və zaman -zaman üzə çıxaraq darıxdırır onu...

Son xəbərlər

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031