BƏHRUZ MƏMMƏDOV

Mayın 15 və 16-sı İsmayıllıda sözün, təbiətin və insan ruhunun böyük şairi Musa Yaqub günləri keçirildi.

Bu il Xalq Şairinin 89 yaşı tamam oldu. Qarşıdan isə onun 90 illik yubileyi gəlir. Yəqin ki, gələcək aylarda Azərbaycanın hər yerində Musa sevərlərin iştirakı ilə “Musa Yaqub günləri” keçiriləcək, onun poeziyasının işığı yenidən ocaqlardan, məktəblərdən, mədəniyyət evlərindən boylanacaq. Çünki Musa Yaqub yalnız şair deyildi - o, təbiətin nəfəsini insan ruhuna çevirən, dağın, çayın, ağacın, torpağın dilini poeziyada danışdıran bir ruh adamı idi. Onun şeirlərində ilahi hikmətlə təbiət fəlsəfəsi, insan qəlbi ilə kainatın ahəngi bir-birinə qovuşur.
Mayın 15-də İsmayıllının Buynuz kənd məktəbinin təşkilatçılığı ilə keçirilən tədbir də bu ruhun davamı təsiri bağışlayırdı. Tədbirdə qeyd etdiyim kimi, bu görüş əslində Musa Yaqubun 90 illik yubileyinə aparan bir estafet xarakteri daşıyır. Bu estafetin məhz Buynuz kənd məktəbindən başlanması isə olduqca rəmzi və mənalıdır. Çünki həmin məktəbin ilk direktoru Musa Yaqub olub. Şairin elmə, təhsilə, tərbiyəyə və mədəniyyətə verdiyi böyük dəyəri hamı bilir. O, müəllimliyi də şairliyi kimi ürəklə yaşamış, insan yetişdirməyi müqəddəs iş hesab etmişdi.
Mayın 16-da isə İsmayıllı Rayon Mədəniyyət Mərkəzində daha geniş auditoriya üçün təşkil olunan tədbir əsl mənada böyük bir söz və sənət bayramına çevrilmişdi.

Tədbirin bədii tərtibatı xüsusi zövqlə hazırlanmışdı. Müxtəlif kompozisiyalar, aktyor oyunları, şairin öz səsi ilə müşayiət olunan kölgə səhnəsi tədbirə son dərəcə təsirli ovqat qatırdı. Qiraət ustalarının çıxışları, müğənnilərin ifaları, şairin dostlarının xatirələri Musa Yaqubun ruhunu sanki yenidən salona gətirmişdi. Yeni çapdan çıxmış kitabının təqdimatı, foyedə onun kitablarından və şəkillərindən ibarət sərginin qurulması, qəbirüstü abidəsinin ziyarət olunması tədbirə xüsusi bütövlük və mənəvi dərinlik verirdi.
Hiss olunurdu ki, burada sadəcə bir şair yad edilmir. Burada bir ömür fəlsəfəsi, bir təbiət məktəbi, insanla torpaq arasındakı müqəddəs bağ anılırdı. Musa Yaqubun poeziyası həmişə insanı təbiətə yaxınlaşdırıb, təbiəti isə insan ruhunun aynasına çevirib. Bəlkə də buna görə onun misraları illər keçsə də köhnəlmir - çünki təbiətin özü kimi əbədidir.
Bu iki gün bir daha göstərdi ki, Musa Yaqub Azərbaycanın yalnız ədəbiyyat tarixində deyil, xalqın mənəvi yaddaşında yaşayan şairlərdəndir. Onun 90 illik yubileyinə aparan yol artıq başlayıb. Və bu yolun ilk işığı Buynuzdan, şairin müəllimlik etdiyi məktəbdən yandı.

Son xəbərlər

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31