Mirqabil Hüseynov - 70
Yubileyiniz mübarək, Mirqabil müəllim!

Yaxşı insanlar öz yaxşılıqları ilə həmişə ön sırada dururlar. Səmimi etiraf edək ki, Masallı rayon 1 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim, “Tərəqqi” medallı, 40 ildən çoxdur direktor vəzifəsini şərəf və vicdanla icra edən dəyərli pedaqoq Hüseynov Mirqabil Mirhüseyn oğlu da yaxşılığın bir kodeks kimi unikal səciyyə daşımasında əsaslı rollardan birini oynayır. O, insanın ya¬ratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərləri öz fəaliyyətində geniş ehtiva etməklə, bunu həm də yetişən nəsillərə tövsiyə edir. Cəmiyyətin fəaliyyət dairəsinin genişlənməsi, maarifçilik, savad, tərbiyə və s. kimi önəmli məsələlərin ictimai səciyyə daşımasında da Mirqabil müəllim başlıca rol oynayır. Biz məhz bu aparıcı proseslərdən qaynaqlanıb onun mədəni və mənəvi dəyərlərini, bizi əhatə edən xarakterini qiymətləndirmək iqtidarındayıq.
Bir insanın həyat fəaliyyətindəki mənəvi dəyərləri, davranış qaydalarını, maddi-mənəvi resursları o insanın yaşadığı mühit və mədəniyyət kimi başa düşürük. Və bu işin formalaşmasında böyük rol oynayan əsas, aparıcı amil də məhz insanlıqdır. Bu mənada, Mirqabil müəllimin ictimai-estetik zövgü, bir sözlə milli siması, mənliyi fərqlənən, seçilən yaxşı insanların apardığı işin bir hissəsidir. Bu istiqamətdə onun kimi Vətən fədailərinin, vətənpərvər insanların xeyirxahlıqları özünü xüsusilə parlaq şəkildə büruzə verir.
Cəmiyyətin pedaqogika ənənələrini nəsildən-nəsilə ötürərək böyük və zəngin bir irs yaradan Mirqabil müəllim xalq dəyərlərini daim uca tutub. Məhz əsl vətəndaş kimi yetişdirdiyi şagirdlərin cəmiyyət örnəklərinin formalaşmasında bu proses çox önəmlidir. Çoxları onun xeyirxah əməllərini bu gün də öz üzərində hiss edir, diqqət və qayğısını görür, onun insanlıq sevgisindən həvəslənərək cəmiyyət işinə daha böyük həvəslə yanaşır.
Mirqabil müəllim həmişə səmimi duyğuların, real ehtiramın cəm olduğu əhatədə qərar tutub. Onun insanlıq vəsfinin özündə də səmimiyyət durur. O, istər öz ailəsində, istərsə də onu sevənlərin yaddaşında bir insanlıq simvolu, xarizmatik vətəndaş, cəsur insan kimi cilalanır. Onun ömür, həyat yolu çoxları üçün bir təkandır, insanlığı heç bir sistemə, heç bir hüduda sığmır. Bu gün 70 yaşının qapısını böyük qürur hissilə döyən Mirqabil müəllim öz daxili əməli işi və zahiri fəaliyyəti ilə bu statusa sahib çıxıb. Şair demiş:

Yalnız başqasını düşünən zaman,
Qalxır insanlığın fövqünə insan...

70 yaşınızı ürəkdən təbrik edir, sizə daha möhkəm cansağlığı arzulayırıq, Mirqabil müəllim!

Hörmətlə: “Ədalət və Həqiqət” Beynəlxalq ictimai-siyasi hüquq qəzetinin
təsisçisi və baş redaktoru, “Turaz TV”-nin
direktoru Cəmil Zəbhullaoğlu


Mirqabil Hüseynov - 70
Mirqabil Hüseynov - 70

Son xəbərlər

Sərnişin daşıyıcılarına veriləcək subsidiya ilə bağlı qərar

Hüseyn 6 il həbs oluna bilər

"Sığınacaq" izləyicilərinə pis xəbər

Quba filialının məzunu MİQ imtahanlarında Respublika birincisi oldu - FOTOLAR

Tanınmış araşdırmaçı-jurnalist Mehriban Əmrullayeva şöbə müdiri təyin olunub

Şərur sakini arvadını öldürdü

3-cü kurs tələbəsi vəfat etdi

1 avqust – Azərbaycan Əlifbası Günüdür

“Alya”nın ilk sevgisi o olacaq

Layiqdir ən uca hörmətə Zabit - FOTO

Xəlil Mirzə : Sadəcə, qələmim yazmağındadır - FOTO

ƏDƏBİ ÖDÜLLƏRİM...

İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı

İtaliya İspaniya ilə Şengen vizasını dayandırdı

Ronaldo evlənir?

“Onu tanımıram, “Ahbap”a heç vaxt ianə etməmişəm”

Nolanı belə təbrik etdilər - Fotolar

“Doğru zamanda, doğru qərar verdim”

Sənin hər nəfəsin el məhəbbəti - FOTO

Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi

Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH

Qazini cərəyan vurub öldürdü - Foto

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31