Türkiyənin tanınmış aktrisası İrem Helvacıoğlu 17 ay evli olduğu həyat yoldaşı Ural Kaspardan boşandıqdan sonra ilk dəfə şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Ege Kökenlinin “YouTube” proqramında qonaq olarkən analıq təcrübəsi, boşanma prosesi, yaşadığı çətinliklər və münasibətlərə baxışı barədə danışıb.

İrem bildirib ki, həyatında ard-arda baş verən hadisələr ona yaşadığı çətinliyi tam şəkildə hiss etməyə imkan verməyib: “Doğru zamanda, doğru qərar verdim və onu düzgün idarə etdim. Hadisələr bir-birinin ardınca baş verdiyi üçün yaşadıqlarımın ağrısını lazımi qədər hiss edə bilmədim. Anam mənə “Gəl, qızına bax, çox ağlayır” deyəndə “Özümü çox pis hiss edirəm. Bu hisslə onu qucağıma alıb əmizdirmək istəmirəm” dedim və hönkür-hönkür ağladım.
Ətraflı

Yaxşı ki, bunları yaşamışam. Bütün yaşadıqlarım mənə özümü sevməyi və dəyərimi bilməyi öyrətdi. Həyat eyni dərsləri mənə dəfələrlə göstərdi. Anlamadıqca daha ağır sınaqlarla qarşılaşdım. Həyat həmişə çox verəndən alır”.

Yeni münasibətə hazır olub-olmaması ilə bağlı suala cavab verən aktrisa bildirib ki, hazırda bunun üçün tezdir: “Yaxın zamanda yox. İndi mənim bir övladım var və onun məsuliyyətini daşıyıram. Həyatıma daxil edəcəyim insanı çox diqqətlə seçməliyəm. Buna görə də hələ qarşıda uzun bir zaman var. Amma özümü münasibətlərə tam bağlamamışam”.

Qeyd edək ki, 2024-cü ildə ailə quran cütlük 2026-cı ildə nikahlarını sona çatdırıb. Onların bir qız övladı var. Məlumata görə, İrem aliment və təzminat tələb etməmək şərti ilə qızına öz soyadını vermək barədə keçmiş həyat yoldaşı ilə razılığa gəlib.



Son xəbərlər

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

“Sizi məhv etməyəcəyik” - Süni intellekt aktrisasından ŞOK AÇIQLAMA

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub

Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930