Mehriban xanım Əliyevanın  həyat amalı, yaşam tərzinin düsturu
Azərbaycan özünün dövlətçilik təcrübəsi, ulu məskənlərimizin memarlıq abidələri, mədəniyyəti, milli-mənəvi dəyərlərilə qədim tarixə malik bir ölkə olduğundan hər zaman, xüsusən də son illər dünya miqyasında özünə böyük maraq oyada bilmişdir. Bu marağa bir səbəb də onun güclü və nüfüzlu bir dövlət kimi tanınması, böyük bir yaşam tariximizin multikultural ənənələrini, tolerantlığı dünyaya inteqrasiya edə bilməsi ilə əlaqədardır. Bunlar ölkəmizin ictimai-siyasi həyatının aparıcı xətti olduğundan dövlətçilik ənənələrimizin yeni məzmunda və anlamda inkişafının ən ümdə təzahürüdür. Son illərin mənzərəsi onu göstərir ki, belə bir imicin qazanılması heç də asanlıqla başa gəlməmiş, bunlar Azərbaycançılıq məfkurəsinin yeni anlamda təşəkkülü və inkişafına bütün ömrünü həsr etmiş milli düşüncəyə malik vətənpərvər insanların sayəsində qazanılmışdır.
Bu fikirləri qeyd edərkən ötən əsrin səksəninci illərinin sonunda ölkədə başlanan milli- azadlıq mübarizəsinin ön sıralarında olan, yeni Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli Lider Heydər Əliyev, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev və bu yolda Ona özünün genişmiqyaslı fəaliyyəti ilə dəstək olan Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib əməlləri yada düşür. Bəllidir ki, onun çoxşaxəli və səmərəli fəaliyyətini bir məqalədə işıqlandırmaq mümkün deyil. Ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə daim çalışmaq, Mehriban xanım Əliyevanın həyat amalı, yaşam tərzinin düsturudur.
Xalqın taleyini öz taleyində yaşayan Mehriban xanım Əliyevanın həyatı uzun illərdir ki, bütün aydınlığı, genişliyi ilə gözümüzün qarşısındadır. Bu ictimai və mənəvi vəzifəni, məqsədi böyük bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başladı. Mehriban xanım hələ gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib. O, 1982-ci ildə Bakıda 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olub. 1988-ci idə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. Və bu illərdə özünün fəallığı, biliyi, işə münasibətilə seçilib.
Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, vətənin çiçəklənməsi, xalq təfəkkürünün, milli düşüncənin yenilənməsi, müasir cəmiyyətin qurulması prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün hərtərəfli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək, problemlərin dərinlyini dərk edərək, diqqətdən kənar sahələri inkişaf etdirərək onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. Mehriban xanım Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanınması, təbliği üçün ilk olaraq “İrs” jurnalını təsis etməklə başladı. Təbii ki, görülən işlərin mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı.
Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi qısa bir zamanda Ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı.

Mirqabil Hüseynov
,əməkdar müəllim

Mehriban xanım Əliyevanın  həyat amalı, yaşam tərzinin düsturu

Son xəbərlər

SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Sənubər Səhər : Xeyr və şər təlatümü

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

NK-dan yeni qərar: Mustafayev sədr seçildi

Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...

Tarkan pulsuz konsert verəcək

Prezident seçkilərində namizəd olmayacağını açıqladı

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Türkiyədə gənc reper vəfat etdi - Fotolar

III Kəlağayı Festivalı Sumqayıtda keçirildi

SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər

SÖZÜN ƏTRİNİ DAŞIYAN ŞAİR - FOTO

Azərbaycan lideri İtaliya Prezidentini təbrik edib

Şəfəq Qəsəbəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Münasibətilə Tədbir Keçirilib

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930