
Xəbərlər
9.05.2026, 11:27
HƏSƏNXAN ƏSƏDOV : Saf eşqim mənə dərd əkib - FOTO
Üstümə hayqırdı, kişnədi kədər,
İlahi!... Gözümü həsrət üşütdü,
Asdım məhəbbəti eşqin danından,
Ürəkdə dözümə nifrət düşürtdü.
Bağlandı bu qəlbim yenə dərdə kip,
Saf eşqim rəngbərəng mənə dərd əkib,
Qədərim yaş töküb, hey əzab çəkib,
Mənə daşdan ağır əzab daşıtdı.
Qapqara buluddur başımın üstü,
Gözümdə qismətim titrədi, əsdi.
Çopur xəyallarım bəxtimdən küsdü,
Müşküllər sinəmdə əzab daşırtdı.
Səbrim kitab oldu, rəfdə toz basdı,
Qayğılar özünü kirpikdən asdı,
Dodağım sözümü yaprıxtdı, qısdı,
Vəsvəsə qəlbimi çaldı, şişirtdi.
Sızladır canımı Fələyin, qəsdi,
İçim bir təndirdir çıxmayır tüstü,
Həsənxan, bu saflıq ömrünü kəsdi,
İnam yara adı, səni çaşırtdı!
İlahi!... Gözümü həsrət üşütdü,
Asdım məhəbbəti eşqin danından,
Ürəkdə dözümə nifrət düşürtdü.
Bağlandı bu qəlbim yenə dərdə kip,
Saf eşqim rəngbərəng mənə dərd əkib,
Qədərim yaş töküb, hey əzab çəkib,
Mənə daşdan ağır əzab daşıtdı.
Qapqara buluddur başımın üstü,
Gözümdə qismətim titrədi, əsdi.
Çopur xəyallarım bəxtimdən küsdü,
Müşküllər sinəmdə əzab daşırtdı.
Səbrim kitab oldu, rəfdə toz basdı,
Qayğılar özünü kirpikdən asdı,
Dodağım sözümü yaprıxtdı, qısdı,
Vəsvəsə qəlbimi çaldı, şişirtdi.
Sızladır canımı Fələyin, qəsdi,
İçim bir təndirdir çıxmayır tüstü,
Həsənxan, bu saflıq ömrünü kəsdi,
İnam yara adı, səni çaşırtdı!
07.05.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














