Xəbərlər
26.10.2024, 22:05
Həsənxan Əsədov : Ürəyimin qadını - FOTO
Ürəyimə gedən yolun açarın,
Gedən günü aparmısan özünlə.
Xəyallarım əsə-əsə hər gecə,
Dizin - dizin səndələyir izinlə.
Sənsizlikdən ümüdlərim üşüyür,
Soyuyubdur torpağım da, daşım da.
Bilirsənmi, saralıbdır yanağım,
Sinən üçün qəribsəyib başım da.
Sızım-sızım sızıldayır hər misram,
Sən kitabsan, içindəki vərəq mən.
Duyğuları dincəlməyə qoymuşam,
Necə deyim eləmirəm soraq mən.
Qıfılladın zindan etdin sinəmi,
Otağında təkcə məhbus, adın var.
Prokroru, müstəntiqi duymayan,
Bircə hakim, hökm oxuyan qadın var.
Həsənxana bircə dəfə alo de,
Təzələyim yaddaşını, yadını.
Qaytar mənə unudulmaz anları,
Gəl, hardasan? Ürəyimin qadını.
Gedən günü aparmısan özünlə.
Xəyallarım əsə-əsə hər gecə,
Dizin - dizin səndələyir izinlə.
Sənsizlikdən ümüdlərim üşüyür,
Soyuyubdur torpağım da, daşım da.
Bilirsənmi, saralıbdır yanağım,
Sinən üçün qəribsəyib başım da.
Sızım-sızım sızıldayır hər misram,
Sən kitabsan, içindəki vərəq mən.
Duyğuları dincəlməyə qoymuşam,
Necə deyim eləmirəm soraq mən.
Qıfılladın zindan etdin sinəmi,
Otağında təkcə məhbus, adın var.
Prokroru, müstəntiqi duymayan,
Bircə hakim, hökm oxuyan qadın var.
Həsənxana bircə dəfə alo de,
Təzələyim yaddaşını, yadını.
Qaytar mənə unudulmaz anları,
Gəl, hardasan? Ürəyimin qadını.
25.10.2024
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














