
Xəbərlər
15.05.2026, 13:03
VAQİF VÜQAR : Mən dilinə uyuşmayan misrasıyam... - FOTO
Heç nə özü tək görünmür təxmin elə
Ən doğru söz,ən yalan söz məşvərətdə.
Bu dünyanın yozulmayan mənaları
Gizlənibdir uzaq düşən həqiqətdə.
Hərəmizin gerçək olan fəsili var,
Gah açılıb,gah örtülür pəncərələr.
Vaxtın günah adamına bir amansız
Hökm oxuyur saniyələr, dəqiqələr...
İndi küləklər ney çalır havam üstə,
Bir talenin unudulmuş havasıyam.
Qafiyyələrlə bəzədilmiş vətənimin
Mən dilinə uyuşmayan misrasıyam...
Ən doğru söz,ən yalan söz məşvərətdə.
Bu dünyanın yozulmayan mənaları
Gizlənibdir uzaq düşən həqiqətdə.
Hərəmizin gerçək olan fəsili var,
Gah açılıb,gah örtülür pəncərələr.
Vaxtın günah adamına bir amansız
Hökm oxuyur saniyələr, dəqiqələr...
İndi küləklər ney çalır havam üstə,
Bir talenin unudulmuş havasıyam.
Qafiyyələrlə bəzədilmiş vətənimin
Mən dilinə uyuşmayan misrasıyam...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













