Yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayımlanıb
Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İnsan dənizi” romanı bu günlərdə Güney Azərbaycanda nəşr olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri (Teymur Turanlı) çevirib.

“İnsan dənizi” romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyildir. Bundan əvvəl yazıçının eyniadlı romanı tanınmış türkoloq Böyük Mollayinin fars dilinə tərcüməsində Tehranda (2014) və Zəncanda (2015) kütləvi tirajla yayımlanıb. Həmçinin müəllifin “Səhra savaşı” romanı, povest və hekayələrdən ibarət “Heçlik vadisi” kitabı Tehranda və Təbrizdə əski əlifbada nəşr olunub. Vaqif Sultanlının İrəc İsmayılla birgə hazırladığı “Güney Azərbaycan nəsri: başlanğıcdan günümüzədək” antologiyası da İranda işıq üzü görüb.

Hadisə və əhvalatların ötən əsrin səksəninci illərində cərəyan etdiyi “İnsan dənizi” romanında ölüm cəzasından qaçıb yad şəhərə sığınaraq gizli şəkildə ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb. Yazıçı baş qəhrəmanın daxili dünyasının dərinliklərinə varmaqla mövcud sosial ziddiyyətlərin mahiyyətini oxucuya çatdırmağa çalışıb, bununla da cəmiyyətdən təcrid edilərək yaşamağın mürəkkəb və mümkünsüz olduğunu real, gerçək lövhələrlə yarada bilib. Romanda, dolayısı ilə sovet siyasi rejimi dönəmində dəyərlər sisteminin dağılması ilə insanların yaşadığı cəmiyyətə uyğunlaşa bilməməsinin gətirdiyi faciələr inandırıcı cizgilərlə canlandırılıb.

Azərbaycan oxucularına ilk dəfə 1991-ci ildə təqdim edilən “İnsan dənizi” romanı müxtəlif dillərə tərcümə olunaraq Böyük Britaniya, ABŞ, Misir, Türkiyə, Almaniya, Rusiya və başqa ölkələrdə yayımlanıb.

Son xəbərlər

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31