Bu gün, 25 avqust 2026-cı il Azərbaycan səhiyyəsinə, elminə, ədəbiyyatına və xüsusilə Dədə Ələsgər irsinin öyrənilməsi və təbliğinə öz töhfələrini verən, tibb üzrə fəlsəfə doktoru, publisist, Ələsgərşünas, Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin direktoru, Birinci Qarabağ müharibəsi veteranı Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir.

Dədə Ələsgər Ocağı İctimai Birliyi olaraq bu əlamətdar gün münasibətilə Abbas Bağırovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bütün fəaliyyətində yeni uğurlar arzulayırıq!
Abbas Bağırov ömrünü yalnız həkimlik sənətinə deyil, həm də elmə, milli-mənəvi dəyərlərə və Azərbaycan ədəbiyyatının, aşıq sənətinin zəngin irsinin araşdırılmasına həsr edən ziyalılardandır. Tibb sahəsindəki elmi fəaliyyəti nəticəsində tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması, çoxsaylı elmi əsərləri və kitabları onun elmə bağlılığının göstəricisidir.
Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri də Göyçə ozan-aşıq mühitinin, Aşıq Ələsgərin və digər görkəmli aşıq-şairlərin yaradıcılığının araşdırılması və təbliğidir. Dədə Ələsgər irsinin tədqiqinə yeni yanaşmaları, bu istiqamətdə apardığı araşdırmalar və ictimai-mədəni fəaliyyətləri xüsusi əhəmiyyət daşıyır.
Abbas Bağırovun 2025-ci ildə işıq üzü görən “Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” kitabı da doğma Göyçə mühitinin zəngin ədəbi-aşıq irsinin gələcək nəsillərə çatdırılması baxımından dəyərli tədqiqat nümunələrindəndir.
Birinci Qarabağ müharibəsində həkim kimi yaralı döyüşçülərə döyüş meydanında tibbi yardım göstərməsi, onların təxliyəsinin və hospitalizasiyasının təşkilində iştirakı onun peşə borcuna və Vətənə bağlılığının parlaq nümunəsidir. Abbas Bağırov həkimlik, elm, ədəbiyyat, aşıq sənəti və vətəndaşlıq mövqeyini özündə birləşdirən ziyalıdır.
Hörmətli Abbas müəllim!
Sizi 55 illik yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, qarşıdakı illərdə də elmi və ədəbi yaradıcılığınızın, Dədə Ələsgər irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyətinizin daha böyük uğurlarla davam etməsini arzulayırıq.

Dədə Ələsgər Ocağı İctimai Birliyi

Son xəbərlər

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31