BU DÜNYANIN MƏHVƏRİNDƏN - FOTO
BU DÜNYANIN MƏHVƏRİNDƏN

İstəyirəm buralardan uzaq gedəm, uzaq qaçam,
İstəyirəm günəş olub üfüqlərdən şəfəq saçam.
İstəyirəm bir quş olub səmada hey süzəm,uçam,
Uzaq düşəm bircə anlıq bu dünyanın məhvərindən.

İstəyirəm bulud olub gah boşalam, gah da dolam,
Bədirlənmiş bir ay olub gecələrə işıq salam.
Bir-birinə qaş-göz edən, sayrışan bir ulduz olam,
Uzaq düşəm bircə anlıq bu dünyanın məhvərindən.

İstəyirəm dalğa olub qayalara çırpılam mən,
İstəyirəm ada olub gücüm alam mən dənizdən.
İstəyirəm sahil olub salam alam ləpələrdən,
Uzaq düşəm bircə anlıq bu dünyanın məhvərindən.

İstəyirəm bir gül olub hey dolaşam ağ əllərdə,
İstəyirəm şeir olub həzin səslənəm dillərdə.
Bəlkə də bir daraq olub gəzəm o qara tellərdə,
Uzaq düşəm bircə anlıq bu dünyanın məhvərindən.

Çox bezmişəm, usanmışam, yalanlardan, dolanlardan,
Arxamda quyumu qazıb üzdə saxta olanlardan.
İstəyim yox həyatımdan gedənlərdən, qalanlardan,
Uzaq düşəm bircə anlıq bu dünyanın məhvərindən.


BELA ZƏNGİBASARLI
22.01.2024

BU DÜNYANIN MƏHVƏRİNDƏN - FOTO

Son xəbərlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31