Xəbərlər
16.02.2023, 23:22
SOLMAZ ŞİRİN: "Vahid ədəbi şairlər məclisi"nin sədri, Prezident təqaüdçüsü olmuş Həkim Qəninin doğum günüdür
Bu gün XX-XXI əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri şair, füzulişünas-alim, qəzəl ustadı, tərcüməçi, yumorist-satirik, dramaturq, həkim, Böyük Vətən müharibəsi və əmək veteranı, tibb xidməti polkovniki, "Vahid ədəbi şairlər məclisi"nin sədri, Prezident təqaüdçüsü olmuş Həkim Qəninin doğum günüdür. Allah rəhmət eləsin böyük ustadımıza.
Həkim Qəninin Solmaz Şirinlə şeirləşməsi:
Həkim Qəninin Solmaz Şirinlə şeirləşməsi:
MƏHƏBBƏT
Harda qaldın, ay məhəbbət?
Ömür artıq olur yarı.
Buna dözmür daha həsrət,
İnsaf eylə, tez gəl, barı.
Gecmi, tezmi, gələcəksən
Dəf edərək intizarı.
İnanıram, həqiqətsən,
Yaşadırsan insanları.
Geciksən də, sən yazımsan,
Yarımcanam, yoxdur param.
Qanadsızam, qanadımsan,
Sən olmasan, uçammaram.
Sənsiz mənə cahan dardır,
Xilas elə məni dardan.
Qəlbim evi intizardır,
Qurtar məni intizardan.
Solmaz Şirin
HƏKİM QƏNİNİN CAVABI
Məhəbbətəm, sevdiciyim,
Gözlədiyin o məhəbbət!
Dərə enib, dağ keçmişəm,
Sənə gəlib yetəm, fəqət!
Gec də gəlsəm, tez də gəlsəm,
Şirin Xatın, gəlib çıxdım!
Sən ümid, mən səadətəm,
İntizarı vurub-yıxdım!
Geciksəm də, yazın oldum,
Qaçaq saldım soyuq, qarı.
Qanadınam, gücə doldum,
Bu qanadla uçaq, barı!
İndi mənim cahanımsan,
Demə "cahan mənə dardır"!
Sənin üçün ürəyimdə
Bir də böyük cahan vardır!
Harda qaldın, ay məhəbbət?
Ömür artıq olur yarı.
Buna dözmür daha həsrət,
İnsaf eylə, tez gəl, barı.
Gecmi, tezmi, gələcəksən
Dəf edərək intizarı.
İnanıram, həqiqətsən,
Yaşadırsan insanları.
Geciksən də, sən yazımsan,
Yarımcanam, yoxdur param.
Qanadsızam, qanadımsan,
Sən olmasan, uçammaram.
Sənsiz mənə cahan dardır,
Xilas elə məni dardan.
Qəlbim evi intizardır,
Qurtar məni intizardan.
Solmaz Şirin
HƏKİM QƏNİNİN CAVABI
Məhəbbətəm, sevdiciyim,
Gözlədiyin o məhəbbət!
Dərə enib, dağ keçmişəm,
Sənə gəlib yetəm, fəqət!
Gec də gəlsəm, tez də gəlsəm,
Şirin Xatın, gəlib çıxdım!
Sən ümid, mən səadətəm,
İntizarı vurub-yıxdım!
Geciksəm də, yazın oldum,
Qaçaq saldım soyuq, qarı.
Qanadınam, gücə doldum,
Bu qanadla uçaq, barı!
İndi mənim cahanımsan,
Demə "cahan mənə dardır"!
Sənin üçün ürəyimdə
Bir də böyük cahan vardır!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


