Xəbərlər
7.06.2026, 20:08
Məlahət Behbudqızı ✍️ : Çəkə bilməz - FOTO
Çəkə bilməz
Xəbər ver ruhum çıxıb sənə uçsun bədəndən,
Görərsən dəli könlüm nələr istəyir səndən.
Sözlərin ahənginə kilidlənsə dodaq dil,
Əllərini uzadıb axan göz yaşımı sil.
İnsan eşqin əlindən dəli olurmuş demə,
Leyli Məcnun sevgisi bu üzdən batdı qəmə.
Ovuc boyda ürəyə ağıl hökm edə bilməz,
Sevən qəlbin ,,yükünü" tək adam çəkə bilməz.
Gəl bu ,,yükü" birlikdə daşıyaq yarınlara
Vüsal dəmi çağlasın son qoysun sorunlara.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay