Xəbərlər
19.04.2026, 15:29
Husilər Trampa xəbərdarlıq etdi
Husilər ABŞ prezidenti Donald Trampı "sülhə mane olarsa" Bab əl-Məndəb boğazını bağlayacaqları ilə hədələyiblər.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bunu Husi hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bildirib.
"Əgər Səna (Husilərin nəzarəti altında olan Yəmənin paytaxtı - red.) Bab əl-Məndəb boğazını bağlamaq qərarına gələrsə, bütün bəşəriyyət onu açmaqda tamamilə aciz qalacaqlar. Buna görə də, Tramp - və onu bağışlayan ölkələr - sülhə mane olan bütün hərəkətlərə və siyasətlərə dərhal son qoymalı, xalqımızın və ölkəmizin hüquqlarına hörmət etməlidirlər", - deyə Hüseyn əl-Əzzi qeyd edib.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi və Ədən körfəzini birləşdirir və Fars körfəzi ölkələrindən Avropaya həyati əhəmiyyətli enerji təchizatı yoludur. Bütün dəniz neft ticarətinin təxminən 12%-i və dünyadakı mayeləşdirilmiş təbii qazın 8%-i boğazdan keçir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay