Şəhid kəşfiyyatçı-kapitan Veysəl Musibovun anadan olmasının 35-ci ildönümü qeyd edilib
Abşeron rayonunda Vətən müharibəsi şəhidi kəşfiyyatçı-kapitan Veysəl Musibov Yadulla oğlunun anadan olmasının 35-ci ildönümü qeyd edilib.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və məktəblilər iştirak ediblər. İştirakçılar Xırdalan şəhərindəkı Şəhidlər xiyabanında şəhid Veysəl Musibovun məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzərək xatirəsini ehtiramla anıblar.

Çıxışlarda bildirilib ki, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə xalqımız döyüş meydanında düşmənə qalib gəldikdən sonra Qarabağa həyat yenidən qayıdıb. İşğaldan azad olunmuş rayon və kəndlərimiz bir-birinin ardınca bərpa olunur, soydaşlarımız öz dogma yurdlarına qayıdırlar.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib. O, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibovun şərəfli ömür yolunun gənc nəsil üçün nümunə olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbir şəhidin adını daşıyan Xırdalan şəhər 5 saylı tam orta məktəbdə davam etdirilib. Məktəblilər şəhidlər haqqında şeir və mahnılar təqdim ediblər.

Şəhidin anası Səməngül Musibova dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan danışıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə Veysəl Musibov “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Son xəbərlər

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

Şərafəddin Ilkin : Qarşıdan sənin doğum günün gəlir, Bali... 8 oktyabr... FOTO

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

Üzr tələbinə raketlə cavab verdilər

Sözdən düşüncəyə gedən yol.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031