Xəbərlər
4.10.2026, 21:05
Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

Bu gün yağan yağışda
Titrəyir soyuq bir əl.
Axtarır hər naxışda
Keçən gündən bir əsər.
Yağış yuyur izini
Yalquzaq küçələrin,
Kədər büküb dizini
Sənsiz düşüncələrin.
Kipriyindən süzülən
Hər damla həsrətindir.
Payız küləkləriylə
Bəhsə girən səsindir.
Pəncərədə damlalar
Sanki çəkir rəsmini.
Yağışa qarışaraq
Gətirir nəfəsini.
Qaranlıq küçələrdə
Bir xəyal addımlayır.
Saçının hər telində
Adını sayaqlayır.
Qara bulud kişnəyir
Xəyalın gözlərində.
Görəsən, nə gizlənir
Damcının sözlərində?
Ruhum tənha dolaşır
Məhəbbət yollarında
Hərdən boyumu aşır
Təkliyin qollarında.
04.10.26.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

