Vətən soraqlı əsər - FOTO
Vətən soraqlı əsər

Nüyvər Şərifovanın «Yurdu talan xarıbülbül» əsəri barədə qısa qeydlərim

Vətənpərvərlik hər kəsin daxili təlatümü, torpaq uğrunda mübarizə haqqıdır. Bu haqqı, bu təlatümü vətənpərvər şair Nüyvər Şərifovanın 2020-ci ildə «Adiloğlu» nəşriyyatında bir neçə dildə nəşr olunan «Yurdu talan xarıbülbül» əsərində də aydın görmək mümkündür. «Mümkün olsaydı üzərində ayaqlarımla yox, dodaqlarımla gəzərdim» deyən Nüyvər xanımın Vətən hissi xoş ovqat yaradır, onun adıçəkilən əsərinin mahiyyətini də elə bu ovqat təşkil edir.
Əvvəlcə qeyd edim ki, «Yurdu talan xarıbülbül» əsərini əski əlifbaya - fars dilinə tərcüməçi-şair Yaqob Osuli Tahiroğlu, türk dilinə jurnalist, tərcüməçi-şair Oktay Baba oğlu Musyev, rus dilinə şair Giya Paçxataşvili, ingilis dilinə isə tərcüməçi-pedaqoq Sevil Gültən çevirib. Kitabın redaktoru yazıçı-publisist Məhərrəm Şəmkirlidir. Kitab Əməkdar müəllim Gülbəniz Seyidovanın «Vətəndaş yanğısı», professor Babək Xalistürkün «Şairənin ömür yolu» başlıqlı yazı ilə açılır.
Kitabın əsas bədii predmeti xarıbülbüldür. Tarixən xarıbülbülün əsasən Şuşada, ümumiyyətlə, Qarabağda bitdiyini bilirik. Nüvər xanımın da əsərinə «Yurdu talan xarıbülbül» adı seçməsi digər xalqların oxucularına da aydın şəkildə anladır, başa salır ki, xarıbülbül Azərbaycanın əzəli torpaqlarında - Qarabağda bitən milli faktdır və bu bu əsərdə də məhz həmin fakt təqdir edilir.
«Yurdu talan xarıbülbül» əsərini həyəcansız oxumaq mümkün deyil. Müəllif burada Vətən sevgisini elə tərzdə cilalayıb ki, oxucu bir daha özündə Vətən uğrunda mübarizə hissini gücləndirir. Bu da əsl vətəndaşlıq duyğusu ilə təzahür edən prosesdir.
Əsərin dili də sadə, anlaşılandır, Nüyvər xanım ana dilinin səlis qaydalarına uyğun fikir əks etdirib, mahiyyətinə varmaq istədiyi mənanı oxucu dərkinə sığışdırmağı bacarıb.
Əsər aşağıdakı misralarla başlayır:
Bu məkanda güllər əlvan,
Çiçəklənib ətir saçdı.
Qoxusunu duyub quşlar
Bu məkana qanad açdı...

«Bu məkan» deyəndə, müəllif əlbəttə ki, Qarabağı nəzərdə tutur. Çünki xarıbülbül dediyimiz kimi, Qarabağda bitir və bu diyarda quşlar da sanki başqa bir aurada olur. Ona görə ki, bir tərəfdən torpağın bərəkəti, bir tərəfdən burada bitən cənnət çiçəkləri, eləcə də xarıbülbülün xoş ətri, rayihəsi nəinki insanları, hətta quşları belə məst-xumar edir.
Müəllif «bu məkana quşlar qanad açdı» fikri ilə məhz bu anlamı bizə ərz edir, Vətən müharibəsində əldə etdiyimiz Qələbə sayəsində Qarabağın dərd-qubarının aradan qalxdığını Zəfər hissi ilə nəzmə çəkir. Düzdür, Nüyvər xanım «Yurdu talan xarıbülbül» əsərini Qələbəmizdən əvvəl yazıb, burada sevinc hisləri ilə ifadə olunan fikirlər yoxdur, lakin biz o möhtəşəm Qələbənin mahiyyətini özümüz bilərəkdən bu əsərə lüzum bilirik.
Əsərdə adi bir gülün necə, hansı səbəblə xarıbülbül olması faktı da şeirin dili ilə oxuculara çatdırılır. Belə anlaşılır ki, üzərində daim bülbül rayihə dadan gülün üstünə bir gün də arı qonur, ondan şirə çəkir. Gül and-aman edir, arı əhəmiyyət vermir, gül bu vəziyyəti bülbülə xəyanət kimi qavrayır və arı bülbülü sancır, bülbülün də arıdan daha çox üzərinə qonduğu, özünə həmdəm sandığı gülə acığı tutur. Və nəhayət, bülbül sarsıntıdan ölür, güdün də rəngi, əhvalı və görkəmi dəyişir...
Bax, bu əfsanənin dillərdə əzbər olması da elə, bəlli edir ki, hadisə Qarabağda baş verib. Yəni xarıbülbülün əbədi və əzəli məskəni Qarabağ torpaqlarıdır.
Əsərdə təkcə hicran, hayqırtı, vəhşət deyil, həm də bir ibrətamiz münasibət, nümunə kimi göstəriləsi hallar da var. Bu baxım dan adıçəkilən əsər həm Azərbaycan oxucusu, həm də əcnəbi oxucular üçün maarifləndirici zəmin kəsb edir. Qısaca olaraq deyək ki, «Yurdu talan xarıbülbül» əsərinin bir neçə dilə tərcümə olunması çox təqdir olunası haldır.
Nüyvər xanımı bu qiymətli kitabı münasibətilə təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.
Hüseyn İsaoğlu ( Məmmədov),
Yazıçı-publisist, AJB-nin və AYB-nin üzvü.

Vətən soraqlı əsər - FOTO

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930