«Mən öz yolumu gedirəm...» - FOTO
«Mən öz yolumu gedirəm...»

Dəyərli ziyalımız İlham Məmmədlinin «Ömrü sözə verdim» kitabı bütünlükdə bir Vətən harayıdır
Hər qələm sahibi üçün müqəddəs bir ünvan, vacib bir istiqamət var. Zənnimcə, «Ömrü sözə verdim» adlı ilk şeirlər kitabı ilə görüşümüzə gələn İlham Məmmədli üçün ən vacib ünvan-istiqamət Vətəndir. Açığı, onun adıçəkilən kitabında bu predmet daha çox diqqət çəkir. Təxminən yüz səhifəlik kitabın bütün parametrləri Vətən, yer-yurd, el-oba zərurətidir...

«Mən öz yolumu gedirəm...» - FOTO

Bəli, İlham Məmmədlinin 2023-cü ildə «Azərnəşr» tərəfindən buraxılmış ilk şeirlər kitabı «Ömrü sözə verdim» adlanır. Kitabın redaktoru Əlövsət Ağalarov, ön söz müəllifi professor Vaqif Sultanlıdır. Kitabda, əsasən, bitkin düşüncənin məhsulu olan şeirlər toplanıb. Bu şeirlər müəllifin özünəməxsus yazı tərzini ifadə edir və şeir onun öz ömür yolu kimi dəyər tapır. Şair sanki «Gedirəm» şeirində elə bu nüansa toxunur:
Bir az daşlı, bir az tozlu,
Mən öz yolumu gedirəm.
Bu yolun qərib yolçusu,
Boşmu, dolumu, gedirəm.
*
Bir adam gəzirəm, hərdən bölüşəm,
İçimdə yığılıb qalan sözləri.
Vaxtım da yoxdur ki, nizama düzüm,
Əsir yurdum kimi talan sözləri.

Bu şeir torpaqlarımızın işğal altında olduğu vaxtlara təsadüf edir. Şübhəsiz, İlham Məmmədli bu ruhda ayrı təfərrüatlı bir şeir də yazmalıdır; çünki 44 günlük Vətən müharibəsində cəsur oğullarımız düşməni məhv etdi, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıq göstərdi. İndi Vətən azaddır, yurd yerlərimiz rahat nəfəs alır.
*
Mənim nəyim var ki, sözdən savayı,
Əlimdən nə gəlir mehrdən özgə.
Yüz arif yığılıb min kəlam deyə,
Könlümü ovutmaz şeirlən özgə...

Bu bənddə şair sözə bağlılığını, yalnız sözdə təsəlli tapdığını dilə gətirir, sözün lətafəti ilə işıqlı göründüyünü etiraf edir.
Kitabda «Yurd ağrılı misralar» bölümü diqqəti xüsusilə çəkir. Burada müəllifin ana-ata yurdu işğal altında inildədiyi vaxt yazdığı ürək parçalayan şeirləri sıralanıb, bu şeirləri 1993-cü ilin ağrı-acıları öz qəminə büküb. Bu şeirlərdə hər bənddən bir ah, hər misradan bir nalə qopur. Bəzi nümunələrə nəzər salaq:
Yağı gəlib yurdu basdı,
Oyan, türk oğlu, türk oğlu.
Bu, nə nalə, bu, nə ahdı?
Dayan, türk oğlu, türk oğlu.
*
Qara günün qovğarıb,
Yiyəsi ölən yurdum.
Ocaq sönüb, qov qalıb,
Yiyəsi ölən yurdum.
*
Dumana bürünüb Murovun başı,
Əyilib qaməti, çatılıb qaşı.
Tərtərə çevrilib gözümün yaşı,
Bu dağı kim belə qarğayıb, Allah?!
*
Qardaş, Kəlbəcərin nəyindən deyim,
O yerlər bir şirin yuxuydu, getdi.
Havasından deyim, suyundan deyim,
Vallah, cənnətdə də yoxuydu, getdi...

Bu ayrı-ayrı şeir parçalarında əsir yurdların, tapdaq altında inilti çəkən obalarımızın qan yaddaşı əks olunub. Bu parçalar əslinə qalsa, müəllifin öz içini də dağıdan poetik çırpıntı kimi məna tapır.
«Qara günün qovğarıb, Yiyəsi ölən yurdum» deyən şair qəlb-könül xoşluğunun yalnız Vətəndə, eldə-obada parıltı verməsi qənaətindədir. Artıq digər yurdlarımız kimi Kəlbəcər də azaddır, indi İlham Məmmədli belə deməlidir:
Qara günün ağarıb,
Yiyəsi dönən yurdum...

Xatırladaq ki, İlham Məmmədli Kəlbəcər ədəbi mühitinin diqqətini daha çox elmə yönəltmiş yaradıcı qələm sahiblərindəndir. Onun ilk şeirlər kitabının əsas sütunu olan Vətən, yurd həsrətli niskili bizi də qaynar acılara bükür, əsrarəngiz gözəlliklərə malik ərazilərimizin 30 ilə yaxın düşmən tapdağı altında çarəsiz qalmasına ürəkdən acıyırıq. Söz yox, artıq o ərazilər özümüzdədir, lakin indi də o yerlərin mövcud vəziyyəti bizi məyus edir. Bununla erməni xisləti bir də onu bizə anladır ki, o, təkcə terrorist, təxribatçı deyil, həm də xain, qorxaq və acizdir.
«Mən öz yolumu gedirəm...» - FOTO

İlham Məmmədli 1993-cü ildə yazdığı «Getdi» adlı şeirdə «Qardaş, Kəlbəcərin nəyindən deyim, O yerlər bir şirin yuxuydu, getdi» deməsi həqiqi mənada bir Vətən faciəsi, bu faciənin dərin təsir doğuran təlatümüdür. Maraqlıdır ki, ürəyi Kəlbəcər qubarı ilə qabar bağlayan İlham Məmmədli bu gün o misilsiz gözəlliyə malik yurd haqda hansı fikri ortaya qoymaq əzmindədir. İnanırıq ki, tezliklə bu barədə o. sanballı şeir nümunələri yazacaq.
«Ömrü sözə verdim» kitabı bütünlükdə bir Vətən harayıdır. Buradakı şeirlərin demək olar, hamısında yurd niskili fəryad edir. Oxucu bu kitabdan zənnimcə, çox şey götürə biləcək. Çünki İlham Məmmədli doğma yurdun təkcə təəssübünü çəkmir, həm də bir mübarizə ruhu yaradır.
Dünyaya baxmadım ötəri, qardaş,
Sərvətlə ölçülən yaş yaşamadım.
Əsiri olmadım dünya malının,
Yığıb daş üstünə daş, yaşamadım.

«Yaşamadım» adlı şeirdə müəllif özünü təqdim edir, öz vəsfini oxucu dərkinə sığışdırır. Biz isə onu tanıdığımızdan, tam şəkildə əminik ki, İlham Məmmədlinin öz prizmasında bu şeiri yazmasına heç bir ehtiyac yox idi. Çünki onun necə bir insan, hansı çəkidə ziyalı və nə qədər yüksəkdə qərar tutan gözütox bir vətəndaş olduğunu yaxşı bilirik.
İlham Məmmədlinin kitabda yer almış sevgi şeirlərində də bir hüzn diqqət çəkir:
Gəl, açma qəlbimin qapılarını,
Könlüm bir ümmandı, üzə bilməzsən.
Tez azıb qalarsan dolaylarımda,
Sən mənim dünyamda gəzə bilməzsən.
*
Mən olmasam, bilirsənmi, ay zalım,
Nəşə səndən, sevinc səndən gen düşər.
Mən olmasam, dünya uçar üıtünə,
Bir gecədə saçlarına dən düşər...

Bu və bu tip şeirlərin mayasında eşq həniri ilə yanaşı qismən və bəlkə də çox, bir sızıltı, bir acı niskil qabarıq görünür. Belə anlaşılır ki, ya müəllif qısqanc duyğularının qapısı tıqqıldatmaq istəmir, ya da hamıya - hər kəsə gerçək bir sevgi dərsi demək istəyir.
«Ömrü sözə verdim» kitabı barədə çox söz demək, çox təhlil aparmaq olar. Biz sadəcə, bir qəzet səhifəsi üçün bu qədər yazı ilə kifayətlənirik. Əsas odur ki, İlham Məmmədli ilk şeirlər kitabı ilə hamımızın qəlbini oxşamağı bacardı.

Hüseyn İsaoğlu (Məmmədov),
Yazıçı-publisist

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930